“Bakı-2015”: Yevlaxlıların məşəl sevinci
14.05.2015 [10:22]
Son illərdə gözəlləşən, müasirləşən, tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Yevlax şəhəri bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Kür çayı sahilindəki Bulvar İstirahət Kompleksində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirilib. Sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü - Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edilib. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırıb.
Rayonun fəal gənclərindən olan Əli Quliyev ilk Avropa Oyunları məşəlinin Yevlax şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi hər bir Azərbaycan gənci kimi mənim də ürəyimcədir. Oyunların məşəlinin bu gün Yevlax şəhərində yandırılması biz yevlaxlı gəncləri sevindirir, qürurlandırır. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu gün Qarabağın qapısı adlandırılan Yevlaxda yandırılan alov, tezliklə Qarabağın mərkəzində - Şuşa şəhərində də şölə saçsın”.
Yevlaxda nəşr olunan “Kür” qəzetinin redaktoru Əminə Əhmədova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Elimizin ağsaqqalları, ağbirçəkləri ömrün gilə-gilə əriyən günlərinə baxıb deyərdilər. Ötən günə gün çatmaz, calasan günü günə. Amma mən bu gün birinci Avropa Oyunlarının məşəlinin işığına toplaşmış yevlaxlıların sevinc, qürur, səadət içində olan çöhrələrinə baxıb deyərdim ki, ötən günə gün çatar və bu gün illərə də dəyər. Çünki birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salınıb.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

