Son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib
10.09.2013 [09:42]
Qazanılan nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla icrasına əsaslanır
Məlum olduğu kimi, son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə imkanlarımızın genişləndirilməsinə zəmin yaradıb. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin rəhbər tutulması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqləyib. Əlbəttə ki, Azərbaycanın bugünkü uğurlarının qazanılmasında Ulu öndər Heydər Əliyevin banisi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzunun və siyasi çəkisinin təsdiqidir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov son 10 il ərzində ölkəmizdə görülən işlər barədə bildirib ki, ötən illər ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib: “Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin 3 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. İqtisadiyyatın 3 dəfə artmasının fonunda digər sfera və sahələrdə də çox əhəmiyyətli və möhtəşəm dəyişikliklər baş verib. Təbii ki, iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın yaxşılaşmasında ifadə olunur. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox ciddi irəliləyişlər baş verib. Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb”.
Əli Əhmədov deyib ki, sözügedən dövrdə yoxsulluq səviyyəsi ciddi şəkildə aşağı salınıb, kifayət qədər yeni iş yerləri açılıb və əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib. “10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Həmçinin, yoxsulluğun aradan qaldırılması siyasətinin nəticəsi kimi ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə endirilib. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən, dünya dövlətlərinin, xüsusilə də, Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb. Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasını görə bilərik. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bir daha dünya dövlətlərinin bu sahədəki təcrübəsinə nəzər salsaq, qısa müddətdə öz büdcəsini 10 dəfə artıra bilən bir ölkəyə rast gəlmək çox çətin olar. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazın toplam iqtisadi potensialının 80 faizi civarındadır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Ümumiyyətlə, 10 il bundan əvvəl proqnoz kimi səslənən məsələlər artıq reallığa çevrilib. İqtisadi resursların insan kapitalına yönəldilməsi əsas tezis olaraq, önə çəkilərək, müasir dövrün tələblərindən biri kimi yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət daha da artırılıb.
Qeyd olunduğu kimi, qazanılan nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla icrasına əsaslanır. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 10 ildə bir milyondan artıq yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ölkənin hərtərəfli inkişafına zəmin yaradır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfər edən ölkə Prezidenti əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələr arasında fərqin aradan götürülməsi də bu inkişafın göstəricisidir.
YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadi imkanlarının artırılması ölkəmizin simasının dəyişdirilməsi siyasətinin həyata keçirilməsi üçün ciddi əsaslar yaradıb. Onun sözlərinə görə, 10 il ərzində ölkəmizdə müşahidə etdiyimiz əzəmətli dəyişikliklərdən biri Azərbaycanın simasının yeniləşməsi və müasirləşməsi olub: “İnsanların rahat və keyfiyyətli həyat tərzi üçün əlverişli şərait və imkanlar yaradılıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasını göstərən ən bariz nümunə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Eyni zamanda, ölkəmiz digər beynəlxalq qurumlarda da özünün milli maraqlarına müvafiq olaraq çox uğurla iştirak edir”.
Əli Əhmədov, həmçinin qeyd edib ki, əldə edilən uğurlar milli qürur hissini daha da artırıb: “Azərbaycanda yeni bir cəmiyyət formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir”.
Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35

