/ / Yeni Azərbaycan Partiyasının seçki kampaniyası ilə bağlı yeni “ilhamlaireli.com”saytı fəaliyyətə başlayıb
Yeni Azərbaycan Partiyasının seçki kampaniyası ilə bağlı yeni “ilhamlaireli.com”saytı fəaliyyətə başlayıb
17.09.2013 [09:25]
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının “ilhamlaireli.com”saytı fəaliyyətə başlayıb.
“İlhamla irəli” şüarı ilə təqdim edilən yeni versiyada Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, YAP Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin son 10 il ərzindəki fəaliyyətini əks etdirən məlumatlar, fotolar və video-çarxlar yerləşdirilib. Bütün bu məlumatlar ayrı-ayrı bölümlərdə öz əksini tapır.
“Bioqrafiya” bölümündə cənab İlham Əliyevin tərcümeyi-halı, fəaliyyəti, çalışdığı vəzifələr, seçkilərdə iştirakı və s. məqamlar göstərilir.
“Fotoalbom” bölümündə isə Prezident İlham Əliyevin zəngin fəaliyyətini ifadə edən poseslər- müxtəlif görüşlər, nüfuzlu beynəlxalq tədbirlərdə çıxışlar, ən müxtəlif obyektlərin açılışları, təməlqoyma mərasimləri, ictimaiyyətin nümayəndələri ilə görüşlər fotoların dili ilə öz əksini tapıb.
Saytda “Biz nələri etdik” bölümündə Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 istiqamət üzrə əldə olunan möhtəşəm nailiyyətlər sadalanır. Bu nailiyyətlərin sırasında “Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq keçid dövrünü başa vurdu və dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu”, “Neft strategiyası uğurla davam etdirildi, mühüm transmilli enerji layihələri başa çatdırıldı və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa başladı”, “Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilərək tarixi nailiyyətə imza atdı və dünya siyasətinin daha fəal iştirakçısına çevrildi”, “Ölkəmizdə 1,2 milyon yeni iş yerləri yaradıldı, yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5 faizə endirildi, çadır şəhərcikləri ləğv olundu”, “İnformasiya - kommunikasiya texnologiyaları inkişaf etdirildi, ilk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmosu fəth etmiş ölkələr sırasına daxil oldu”, “Genişmiqyaslı quruculuq - abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial - iqtisadi infrastruktur yaradıldı” və digər məlumatlarla tanış olmaq mümkündür.
“Biz nələri etmək istəyirik” bölümündə isə qarşıda dayanan hədəflər haqda məlumatlar verilir. Belə ki, “Gələcəyə 10 addım” olaraq aşağıdakı perspektiv vəzifələrin həll olunacağı vurğulanır:
1. İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun həlledici üstünlüyü təmin ediləcək, Azərbaycan rəqabətədavamlı iqtisadiyyata malik inkişaf etmiş ölkəyə çevriləcək.
2. Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqçıl standartlara uyğunlaşdırılacaq.
3. Nəhəng infrastruktur layihələri başa çatdırılacaq, ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat, loqistika və ticarət mərkəzinə çevriləcək.
4. Regionlarda mövcud problemlər öz həllini tapacaq, bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq.
5. Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi əhəmiyyətli dərəcədə gücləndiriləcək.
6. Elm, təhsil və səhiyyə infrastrukturu daha da təkmilləşdiriləcək və bu sahələrdə çalışanların əmək haqları əsaslı şəkildə artırılacaq.
7. Əhalinin müxtəlif təbəqələrinin ipoteka kreditlərindən istifadəsi asanlaşdırılacaq, gənc nəslin mənzil - məişət, təhsil, məşğulluq və digər problemlərinin həllinə dövlət dəstəyi daha da gücləndiriləcək.
8. Azərbaycan müstəqil xarici siyasəti ilə beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək, regional və qlobal proseslərə təsir imkanlarını artıracaq.
9. Müasir, güclü ordu quruculuğu davam ediriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq və azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək.
10. Demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək.
Saytda diqqəti cəlb edən digər xüsusi məqam Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin bir çox dəyərli fikirlərinin Azərbaycanın inkişafını əks etdirən fotoların fonunda öz əksini tapmasıdır.
Eyni zamanda, saytda geniş auditoriya üçün faydalı ola biləcək linklər də yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

