Radikallar arasında etimad limiti tükənib
21.05.2014 [09:04]
Sərdar Cəlaloğlu: İsa Qəmbər və Əli Kərimli ilə görüşəndə özümü təhqir olunmuş hesab edirəm
Radikal müxalifət düşərgəsindəki partiyaların ümumi məqsədlərdən çox uzaq olmaları, necə deyərlər, çəkici bir zindana vurmadıqları hər kəsə bəllidir. Bu düşərgədəki mövcud durum AXCP ilə “Müsavat” arasındakı antaqonist ziddiyyətlərdə daha qabarıq şəkildə özünü büruzə verir. Məlumdur ki, hər iki partiya özünü radikal düşərgənin əsas güc mərkəzi hesab edir və onların “fəaliyyəti” də elə bu ambisiya üzərində qurulub. Yəni “cəbhəçilər” və “Müsavat”çılar radikal düşərgədə bir-birindən üstün mövqeyə yüksəlmək, burada əsas söz sahibinə çevrilmək və beləliklə də, xaricdəki antimilli dairələrdən dağıdıcı düşərgəyə ünvanlanan ianələrə, qrantlara təkbaşına yiyələnmək üçün daim qarşı tərəfə əzələ nümayiş etdirirlər.
Məlum olduğu kimi, AXCP və “Müsavat” təmsilçiləri arasında illərdən bəri davam edən və belə görünür ki, bundan sonra da heç vaxt səngiməyəcək ədavət qondarma “Milli şura” daxilində özünün pik həddinə çatdı. Belə ki, əgər əvvəllər “mehriban düşmənlər” qarşılıqlı münasibətlərdə hər necə də olsa, zahiri “müttəfiq” görüntüsünü qorumağa çalışırdılarsa, “Milli şura” daxilində artıq bütün etik çərçivələr sındırıldı və tərəflər hər şeyi öz adı ilə çağırmağa başladılar. Qondarma qurum daxilində AXCP-nin “Müsavat”ın başqanı İsa Qəmbərə qarşı apardığı gizli gözdənsalma kampaniyası açıq müstəvidə savaşla sonuclandı. “Cəbhəçi”lərlə “Müsavat”çılar arasındakı savaş çox keçmədi ki, hər iki partiyanın nəzarətində olan mətbuat orqanlarına da transfer etdi. Tərəf saxlayan qəzetlərin səhifələri, eləcə də sosial şəbəkələr iki qarşı duran tərəfin səngərlərini xatırladırdı. İki partiyanın qarşıdurması “cəbhəçi”lərin və “Müsavat”çıların səsləndirdikləri “daha birimiz olan yerdə, digərimiz yoxdur” açıqlaması ilə nəticələndi.
Beləliklə, radikal düşərgədə cəmləşən partiyalar və siyasi qruplar arasında hansısa qarşılıqlı etimaddan söhbət belə gedə bilməz. Bunu müxalifətyönlü partiyaların təmsilçiləri də açıq mətnlə etiraf edirlər. Məsələn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu KİV-ə açıqlamasında bildirib ki, dağıdıcı düşərgə təmsilçilərinin bir araya gəlmələrinin heç bir mənası yoxdur. “Belə görüşlərdə heç bir yeni fikir və ideyaların olmamasını” dilə gətirən partiya funksioneri vurğulayıb: “Mən nə İsa Qəmbər, nə də Əli Kərimli ilə görüşmüşəm. Heç görüşmək üçün təşəbbüs də göstərmirəm. Açığını deyim ki, bu görüşlərin heç bir mənası yoxdur”.
S.Cəlaloğlu həmçinin, “belə görüşlərdə hər zaman özünü təhqir olunmuş hesab etdiyini” bildirib: “Açığını deyim, bir var insan kiminləsə görüşsün, müzakirə aparsın, ideya və fikirlərdə dəyişiklik olsun. Amma bu görüşlərdə heç bir yeni fikir yoxdur, üstəlik ictimai maraqlar baxımından heç nəyə nail olunmur”.
Yeri gəlmişkən, ADP sədrinin radikal düşərgədəki acınacaqlı durumun səbəbləri ilə bağlı açıqlaması da diqqəti çəkir. S.Cəlaloğlunun qənaətinə görə, müxalifətdə iki “lider” (Əli Kərimli ilə İsa Qəmbər nəzərdə tutulur-M.A.) arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə çevrilib: “İsa Qəmbər və Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb”.
Bəs, görəsən, dağıdıcı düşərgədəki dağınıqlığa, insanların müxalifətdən getməsinə, müxalifətdaxili həmrəyliyin olmamasına, partiyalar arasında dialoqun yoxluğuna görə kim günahkardır? ADP sədrinin qənaətinə görə, bütün bunlara görə məsuliyyət AXCP və “Müsavat”ın üzərinə düşür: “Əgər bu gün bu partiyalar özlərini ana müxalifət, ata müxalifət hesab edirsə, deməli, müxalifətin mövcud durumuna görə məsuliyyəti də bu iki partiya daşıyır”.
Bir sözlə, S.Cəlaloğlunun təbirincə desək, indiyədək özlərini radikal düşərgənin “valideynləri” kimi aparmağa çalışan AXCP və “Müsavat” üçün ittiham məqamı da gəlib çatıb. Başqa cür ola da bilməz. Bu iki partiya və onların dəyişməz rəhbərləri olan Əli Kərimli ilə İsa Qəmbər radikal düşərgənin bütün imtiyazlarını özününküləşdirdikləri halda, nədən məsuliyyətdən yayınmalı, özlərini bir növ “aydan arı, sudan duru” kimi aparmalıdırlar?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

