Siyavuş Novruzov: Maksimum 50 nəfərlik piket keçirə bilərlər
02.10.2014 [09:50]
“Milli şura” gündəmə gəlmək üçün belə qərarlar qəbul edir, halbuki özləri də yaxşı bilirlər ki, 3-5 adamlıq mitinqlə heç nə edə bilməzlər”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Milli şura”nın oktyabrın 12-nə təyin etdiyi mitinqi şərh edərkən deyib.
Onun sözlərinə görə, “Milli şura” heç bir fəaliyyəti olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən ölü bir qurumdur: “Hazırda bu təşkilatın bircə adı qalıb, üzvləri hər keçən gün buranı tərk edir. Onlar kiminlə mitinq edəcəklər? Bir Cəmil Həsənlidir, o da özü çıxıb danışacaq”.
S.Novruzov “Milli şura”nın seçki vaxtı keçirdiyi mitinqləri xatırladaraq deyib ki, onda guya bu qurumun güclü vaxtları idi.
“Guya bir neçə təşkilatı özündə birləşdirən müxalifətin əsas mərkəzi idi. Amma mitinqlərdə onların nəyə qadir olduğunu hər kəs gördü. 15-20 təşkilatın birgə mitinqində iştirakçıların sayı 500 nəfəri keçmirdi. İndi nə qədər adam qatılacaq? Maksimum 50 nəfərlik piket keçirə bilərlər”, - deyə YAP İcra katibinin müavini bildirib.
S.Novruzov əlavə edib ki, Azərbaycanda mitinq əhval-ruhiyyəsi yoxdur. Onun sözlərinə görə, bu gün heç kim öz dəyərli vaxtını belə boş mitinqlərə sərf etməz: “Çünki insanlar kimin kim olduğunu yaxşı bilir, bu hökuməti də, bu iqtidarı da tanıyır. Bunu mitinq keçirmək istəyənlər də yaxşı bilirlər. Amma onların məqsədi mitinq keçirib nəsə demək yox, sadəcə, xarici sifarişləri yerinə yetirməkdir. Yaxud da xaricə “biz də varıq” deyə özlərini göstərirlər”.
Millət vəkili “Milli şura”nın təyin etdiyi mitinqdən danışıb vaxt itirməyin də mənasız olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

