“Dönüş nöqtəsi”ndən 100 illiyə...
06.09.2024 [08:07]
Misir Prezidenti 12 ildən sonra Ankarada
Xəbər verildiyi kimi, sentyabrın 4-də Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfər edib. Səfər bir sıra xüsusiyyətlərinə görə, mühüm əhəmiyyət daşıyır. Ən əsası isə Əbdülfəttah əs-Sisi 12 ildən sonra Ankaranı ziyarət edən Misir prezidenti oldu.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti ilə Misir arasında ilk müasir diplomatik əlaqələr 1925-ci ildə qurulub. Buna qədər yüz illər ərzində Misir Osmanlı imperiyasının tərkibində inzibati ərazi vahidi kimi təmsil olunub. 1948-ci ildə isə Qahirədə ilk Türkiyə səfirliyi fəaliyyətə başlayıb. Misirdə sosialist rejimi qurulduqdan sonra Türkiyə 1961-1963-cü illər arasında diplomatik əlaqələri dondurub - münasibətlər 1963-cü ildə yenidən bərpa olunub. 2005-ci ilin dekabrında iki ölkə arasında azad ticarət sazişi imzalanıb.
13 il davam edən gərginlik başa çatdı
İki ölkə arasında sonradan bir sıra istiqamətlərdə mühüm dostluq və əməkdaşlıq əlaqələri qurulub. 2013-cü ildə Misirdə baş verən hadisələrdən sonra iki ölkə arasında münasibətlər gərginləşib və diplomatik əlaqələr müvəqqəti işlər vəkili səviyyəsinə düşüb. Sonrakı dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmin dövrdə ölkənin Baş nazir olmuş Binəli Yıldırım bu prosesi çevriliş kimi qiymətləndirmişdilər. Misir isə Türkiyəni onun daxili işlərinə qarışmamağa çağırıb. 2016-cı ildə Baş nazir Binəli Yıldırım mövcud vəziyyətin iqtisadi əməkdaşlığa böyük maneə olmadığını bildirərək yenidən müsbət əlaqələrin qurulması perspektivinin mümkünlüyünü önə sürdü - bunun qarşılığında isə Misir yaranan bu müsbət impulsu dəyərləndirərək Türkiyədən mövcud Misir hökumətini qəbul etməsini istədi. 2022-ci ilin noyabrında Türkiyə Prezidenti Ərdoğan və Misir Prezidenti Sisi Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun açılış ziyafətində ilk dəfə görüşdülər. Bu ilin fevralında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfər edib.
Diplomatik münasibətlərin 100 illiyi qeyd ediləcək
Əs-Sisinin Ankara səfəri isə bir sıra nüansları ilə seçilirdi. Misir prezidentinin Türkiyəyə 12 illik aradan sonra edilən səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mesajlar verilib. Prezident Ərdoğan görüşlərdən sonra Beştəpədə təşkil edilən ortaq mətbuat konfransında bir sıra məsələlər barədə açıqlama verib. O, fevral ayında Qahirəyə səfərini Misir ilə münasibətlərdə yeni dönüş nöqtəsi adlandırıb: “O vaxtdan bəri biz əməkdaşlığımızı və dialoqumuzu ən yüksək səviyyədə saxlamışıq. Biz hər sahədə inkişaf edən əməkdaşlığımızı əziz qardaşımın cavab səfəri ilə daha da irəli aparırıq. Bizim Misirlə əsrlərə gedib çıxan ortaq tarix və sıx dostluq əlaqələrimiz var. Gələn il biz diplomatik münasibətlərimizin 100 illiyini qeyd edəcəyik. Biz bəşər tarixini formalaşdıran sivilizasiyaların beşiyi olmuş iki qədim ölkəyik”.
Ticarət dövriyyəsinin 15 milyarda çatdırılması hədəflənib
Prezident Ərdoğan qeyd edib ki, fevral səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yenidən strukturlaşdırılması barədə qərar verilib. “Bu mexanizmin ilk iclasını bu gün (sentyabrın 4-də) keçirdik. Birgə bəyannaməmizlə sənaye, ticarət, müdafiə, səhiyyə, enerji və ətraf mühit daxil olmaqla bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək iradəmizi təsdiqlədik. Ticarət və iqtisadiyyat əməkdaşlığımızın ən mühüm istiqamətlərini təşkil edir. Biz son 10 ildə Misirin ən yaxşı 5 ticarət tərəfdaşı arasında olmaqda davam etmişik. 5 il ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyəli iş adamları Misir iqtisadiyyatına mühüm töhfələr verirlər. Biz sahibkarlarımızı investisiyalarını daha da artırmağa həvəsləndirir, misirli investorları da ölkəmizdə salamlayırıq. Misirlə həm də enerji sahəsində əlaqələrimizi yaxşılaşdırmaq istəyirik. Qardaş Misir xalqı türk mədəniyyətinə böyük əhəmiyyət verir”, -deyən Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin turizm sahəsində də müsbət dinamika ilə özünü göstərəcəyinə inandığını önə çəkib.
Yaxın və Orta Şərq müzakirə olunub
Vurğulayaq ki, səfər zamanı ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. İki ölkə arasındakı əməkdaşlığın bir hissəsi kimi Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı razılığın əldə olunması da planlaşdırılır. “Milliyet” qəzetinin məlumatına görə, əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələlərdən biri də Fələstin-İsrail münaqişəsinin həlli olub. Tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti, Liviya və digər regional məsələləri də ətraflı müzakirə ediblər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

