Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub

22.12.2024 [17:52]

Türkiyənin Muğla şəhərinin Menteşe rayonunda təcili tibbi yardım helikopterinin qəzaya uğraması ilə bağlı ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda hadisə zamanı ikisi pilot, biri həkim, biri isə səhiyyə işçisi olmaqla, Səhiyyə Nazirliyinin dörd əməkdaşının həlak olduğu bildirilir.

Açıqlamada deyilir: “Nazirliyimizə aid təcili tibbi yardım helikopteri havaya qalxan zaman Muğlanın Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılaraq boş əraziyə düşüb.

Hadisə ilə bağlı araşdırma davam edir, ictimaiyyətə zəruri məlumat veriləcək”.

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İdman

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31