Almaniyada yeni nəsil sürət qatarı sınaqdan keçirilib
29.06.2025 [11:49]
“Alman Dəmir Yolları” (Deutsche Bahn) və “Siemens” şirkətləri yeni nəsil “Velaro Novo” sürət qatarını sınaqdan keçirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Erfurt–Leypsiq marşrutu üzrə keçirilən sınaq yürüşü zamanı qatarın sürəti saatda 405 kilometrə çatıb. Bununla da bu marşrut üzrə rekord müəyyən edilib. Sınaq yürüşü zamanı “Velaro Novo” şirkətinə məxsus olan və “ölçü cihazları ilə təchiz edilən vaqon” yüksək sürətə çata bilən “ICE” lokomotivi tərəfindən çəkilib.
“Velaro Novo” modellərindən sərnişindaşımada istifadə olunmamasına baxmayaraq, bu testlərin sürətli dəmir yolu xətlərinin təmiri və saxlanması, eləcə də yeni nəsil yüksək sürətli qatarların texniki inkişafı üçün mühüm nəticələrin əldə olunması və təhlili baxımından yüksək qiymətləndirilib. Yeni modelin nə vaxt və hansı formada istifadəyə veriləcəyi hələ məlum deyil.
Qeyd edək ki, yüksəksürətli “ICE” qatarlarının əksəriyyəti texniki baxımdan saatda 300 kilometr sürətə çata bilir. Lakin “ICE 4” modelləri maksimum 265 kilometr-saat sürətə malikdir. Stansiyalar arasındakı məsafələrin qısa olması və dəmir yolu infrastrukturunun köhnəlməsi və yüklənməsi ilə əlaqədar bu sürətlərə çatmaq nadir hallarda mümkündür.
Erfurt–Leypsiq dəmir yolu xətti 2015-ci ildə istifadəyə verilib və bu cür sürət üçün uyğunlaşdırılıb. “Deutsche Bahn” bu xəttin hələ də yüksək texniki vəziyyətdə olduğunu bildirib. İndiyədək bu marşrut üzrə maksimum sürət saatda 333 kilometr olub.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52

