Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Frank-Valter Ştaynmayer Almaniyanın növbəti prezidentinin siyasi təcrübəyə malik şəxs olmasını vacib hesab edir

Frank-Valter Ştaynmayer Almaniyanın növbəti prezidentinin siyasi təcrübəyə malik şəxs olmasını vacib hesab edir

20.06.2026 [14:17]

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkənin növbəti dövlət başçısının siyasi təcrübəyə və partiyalarla sıx əlaqələrə malik şəxs olmasını vacib hesab edir.

AZƏRTAC xəbər verir ki, o, ARD telekanalına müsahibəsində Almaniyada gələcəkdə də hökumətin formalaşdırılması ilə bağlı mürəkkəb siyasi proseslərin yaşanmasının istisna olmadığını vurğulayıb. Bu səbəbdən dövlət başçısı vəzifəsini siyasi sistemin iş prinsipini dərindən bilən və partiyalar arasında dialoqa töhfə verəcək şəxsin tutmasını məqsədəuyğun sayıb.

F.Ştaynmayer bu fikrini 2017-ci ildəki Bundestaq seçkilərindən sonrakı təcrübə ilə əlaqələndirib. Həmin dövrdə Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU), Azad Demokratlar Partiyası (FDP) və Yaşıllar Partiyasının iştirakı ilə nəzərdə tutulan “Yamayka koalisiyası” baş tutmadıqdan sonra o, növbədənkənar seçkilərin qarşısını almaq məqsədilə CDU/CSU və Sosial Demokratlar Partiyasını (SPD) koalisiya hökuməti yaratmağa çağırmışdı.

Almaniyanın yeni federal prezidenti 2027-ci il yanvarın 30-da Federal Məclis tərəfindən seçiləcək. İkinci və son səlahiyyət müddətini başa vuran Frank-Valter Ştaynmayer Konstitusiyaya əsasən yenidən namizəd ola bilməz.

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31