“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
19.06.2026 [18:04]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələri təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Beləliklə, “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilib. Cəmiyyət “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyətin nizamnamə kapitalı 5 826 007 294 (beş milyard səkkiz yüz iyirmi altı milyon yeddi min iki yüz doxsan dörd) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 2 913 003 647 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurasının digər üzvləri Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini var.
“İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Cəmiyyət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və
öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Cəmiyyətin nizamnamə kapitalı 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 1.200.213.526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. MüşahidəŞurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilərazılaşdırmaqla Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

