Şahlar Göytürk: "Qohum dillərdən tərcümə daha məsuliyyətli və ağır işdir"
23.04.2024 [11:37]
Son vaxtlar tərcümə zamanı meydana çıxan çətinliklərin səbəbləri, tərcümə problemləri barədə çox danışılır. Bunu xüsusilə türk dilindən tərcümə olunmuş əsərlərə aid etmək olar. Təəssüf ki, dilimizə türk dilindən tərcümədə də müəyyən problemlər vardır.
Dilçi Şahlar Göytürk "Yeni Azərbaycan" a müsahibəsində bildirir ki, görünən və görünməyən məqamlara görə mətni orijinaldan tərcümə etmək daha çətindir: "Tərcüməçi özünü həmin müəllifin döğulduğu, yaşadığı yerin sakini kimi hiss etməlidir.
Tərcüməçilik sahəsində müəyyən boşluqların olduğu hər kəsə məlumdur. Dövlət Tərcümə Mərkəzində tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və peşə qabiliyyətlərinin yoxlanılması məqsədilə müəyyən işlər görülsə də, bu problemin köklü şəkildə həllinə nail olmaq və prosesə nəzarət etmək çox çətindir. Etiraf etməliyik ki, bədii mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkar tərcüməçilər bu gün daha çoxdur. Onlar mətni bəzən tərcümə proqramlarının köməyi ilə dilimizə çevirib nəfis şəkildə çap etdirirlər. Dil normalarının kobud şəkildə pozulması oxucuda tərcümə əsərlərinə inamı azaldır".
Qeyd edək ki, bizim dünya ədəbiyyatına çıxışımız əsasən rus dili vasitəsilə olub. Ona görə də bizdə ikinci dildən, yəni rus dilindən tərcümə ənənəsi hələ də qalmaqdıdır. O tərcüməçilərə peşəkar deyə bilərik ki, onlar müqayisəli və ikinci dildən tərcüməyə də diqqət yetirə bilirlər. Uğurlu bədii tərcümə nümunələri bizim dilə qazandırılan mənəvi sərvətdir.
Ş. Göytürk qeyd edir ki, tərcüməçilərimiz haqlı olaraq bildirir ki, başqa dillərlə müqayisədə qohum dillərdən tərcümə daha ağır və məsuliyyətli işdir: "Qeyri-peşəkar tərcüməçilər özləri bilmədən, istəmədən belə ana dilimizə ziyan vururlar. Türk dilləri üzrə peşəkar tərcüməçilərə ehtiyac vardır. Türkoloqlar çoxdur, amma türk dillərinin alt qatlarını bilən mütəxəssislər çox azdır.
Təəssüf ki, öz şair və yazıçılarımız da əsərlərində ədəbi dilimizin normalarına yüksək səviyyədə əməl etmirlər. Mətndə söz və ifadələr bəzən uğursuz şəkildə işlədilir. Ümumiyyətlə, tərcüməçi, redaktor mətni hiss etməli, doğru olanı tapıb yerinə qoymalı, yazıçının səhvini təkrarlamamalıdır".
Ümumən tərcümə sahəsində nöqsanlar olsa da, uğurlu tərcümə əsərləri dilimizi yeni söz və ifadələrlə zənginləşdir, inkişaf etdirir. Bu haqda çox danışmaq, yüzlərlə maraqlı nümunə gətirmək olar. Lakin bəzən tərcüməçi və redaktordan asılı olmayan nüanslar da olur. Hər halda tərcüməçi dilimizin lüğət tərkibini, ifadə və sözyaratma üsullarını daha yaxşı bilməlidir. Nəzərə almalıyıq ki, uğurlu tərcümə əsərləri məhz bu dilin zənginliyi, qüdrəti hesabına mümkün olmuşdur.
Mütəxəssisin sözlərinə görə, tərcümə zamanı problem o zaman yarana bilər ki, qarşıya çıxan hər hansı söz və ya termin bizim dilimizdə işlənməsin, o anlayış bizim dildə olmasın: "Tərcüməçi bu məqamları redaktorla müzakirə etməli və ya sözyaratma fəhmi tərcüməçinin köməyinə çatmalıdır.
Tərcümə problemlərindən biri də söz və terminlərin dilimizdə qarşılığının tapılması ilə bağlıdır. Axı anlayışı çox vaxt bir sözlə vermək olmur. "Merçandayzer" deyərkən göz önünə "rəflərdə şirkət məhsullarının düzgün düzülüşünü təmin etmə, malların istehsal tarixlərinə və s. nəzarət prosesi gəlir. Bu zaman həmin anlayışa dilçi yox, peşəkar tərcüməçi daha uğurlu qarşılıq verə bilər. Çünki peşəkar tərcüməçilər dili dilçilərdən də yaxşı duyurlar".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32

