Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır
21.09.2024 [20:27]
Sentyabrın sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
2024 PT5 asteroidi avqustun 7-də Madriddə Komplutens Universitetinin astronomları tərəfindən kəşf edilib. Təxminən 10 metr uzunluğunda olan asteroid sentyabrın 29-dan noyabrın 25-dək Yerin cazibəsinə düşərək onun minipeykinə çevriləcək. Lakin hesablamalara əsasən, asteroid tam orbitə keçməyəcək və tezliklə yenidən Günəşin cazibə qüvvəsinə qayıdaraq səyahətini davam etdirəcək. Təəssüf ki, asteroid çox kiçik və tutqundur. 2024 PT5-in ulduz ölçüsü 27,6 olduğundan, nəinki adi gözlə, hətta həvəskar teleskoplarla belə onu izləmək mümkün olmayacaq. Buna baxmayaraq, həmin minipeykin mühüm elmi əhəmiyyəti var. Bu hadisə Yerə yaxınlaşan asteroidləri daha yaxşı başa düşmək, onların hərəkət trayektoriyasını təhlil etmək və Yerin cazibəsinə düşdükdə necə davrandığını araşdırmaq üçün mühüm bir nümunədir. Belə məlumatlar gələcəkdə digər asteroidlərin Yerlə toqquşma ehtimalını qiymətləndirməkdə də əhəmiyyətli rol oynayacaq. Çünki bəzən asteroidlər Yerə çata bilir, lakin onların ölçüləri həmişə belə kiçik olmur.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

