Böyük verilənlərin analizi problemləri araşdırılır
05.02.2025 [19:31]
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Böyük məlumatların analizi üçün dərin təlim metod və modellərinin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlara həsr olunmuş elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun dissertantı Leyla Məmmədova dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər barədə məlumat verib. Tədqiqatçı qeyd edib ki, son illərdə məlumatların həcminin sürətlə artması qabaqcıl texnologiyalara olan ehtiyacı gücləndirir. Dərin təlim modelləri böyük məlumatların analizində vacib rol oynayır və toplanmış böyük məlumatlarda yeni biliklərin aşkarlanması, şərh edilməsi, analizi üçün əhəmiyyətli imkanlar təqdim edir.
L.Məmmədova tədqiqat işinin məqsədinin böyük məlumatların intellektual analizi üçün mövcud metodların təkmilləşdirilməsi və yeni dərin təlim metodlarının işlənilməsi olduğunu bildirib. O, həmçinin dissertasiya işində qarşıya qoyulmuş məsələlərdən bəhs edərək, böyük məlumatların intellektual analizi üçün mövcud dərin təlim metodlarının araşdırılması və analizi, bu məlumatların klasterləşdirilməsi və təsnifatı üçün yeni dərin təlim metodlarının işlənməsi, eləcə də təklif olunan metodların eksperimental yoxlanılması və nəticələrin analizi istiqamətində aparılan tədqiqatları diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.
Tədqiqat işinə dair AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə böyük verilənlərin analizi problemləri ilə bağlı aparılan araşdırmaların əhəmiyyətini qeyd edib. Akademik R.Əliquliyev tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25

