Məqsəd Azərbaycanı regionun elm mərkəzinə çevirməkdir
22.10.2015 [10:23]
Azərbaycan regionda həm siyasi, həm də iqtisadi sahədə liderdir. Prezident İlham Əliyev alimlər, elm adamları qarşısında Azərbaycanı regionun elm mərkəzinə çevirmək kimi çox məsul bir vəzifə qoyub.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi qrant müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə ənənəvi görüşdə geniş söhbət gedib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan, bu məqsədlə həyata keçirilən Dövlət proqramlarından və layihələrdən danışıb. Bildirilib ki, həmin layihələrdən biri olan “Uşaq inkişafının qiymətləndirilməsi” kitabının müəllifi Turanə Əliyeva, elmi redaktoru Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.
Kitabın müəllifi T.Əliyeva nəşr barədə məlumat verib. Qeyd olunub ki, məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəb yaşına çatmamış uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək prosedurlar barədə dəyərli mənbədir. Kitab əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır.
Kitabda, həmçinin müvafiq yaş qrupuna aid uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi də təfsilatı ilə təqdim edilir.
Təqdimat mərasimi çərçivəsində Elmin İnkişafı Fondunun nəticələri bu günlərdə elan olunmuş iki qrant müsabiqəsində - gənc alim və mütəxəssislərin, eləcə də Qarabağ tədqiqatları üzrə üçüncü “Şuşa qrantı” müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə ənənəvi görüş keçirilib.
Müsabiqələrin nəticələri barədə danışan E.Babayev qeyd edib ki, üçüncü “Şuşa qrantı” müsabiqəsi üzrə beş qalib layihə müəyyənləşdirilib. Gənc alim və mütəxəssislərin üçüncü qrant müsabiqəsinin nəticələrinə əsasən 24 layihə qalib olub. Bunlardan 17-sinin rəhbəri qadınlardır.
EİF-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanda elmi qurumlar bir-biri ilə əlaqədə fəaliyyət göstərir. Bu işə töhfə verən qurumlardan biri də Elmin İnkişafı Fondudur. Fond öz fəaliyyətində dövlətin qarşıya qoyduğu bütün vəzifələri uğurla yerinə yetirməyə səy göstərir. Bu sırada xüsusi olaraq gənc alim və mütəxəssislərin elmi uğurlarının dəstəklənməsini, onların yüksək ixtisaslı kadrlar kimi formalaşmasına kömək göstərilməsini qeyd etmək lazımdır.
Daha sonra E.Babayev qrant layihələrinin idarə olunmasının hüquqi və maliyyə aspektləri barədə geniş məlumat verib.
Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, akademik Vaqif Fərzəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri Bəxtiyar Əliyev, Nazim Məmmədov və digər çıxış edənlər istedadlı və yaradıcı gənc alimlərə lazımi dəstəyin göstərilməsinin çox vacib məsələ olduğunu bildirib, bu sahədə EİF-in fəaliyyətini yüksək dəyərləndiriblər. Fondla əməkdaşlığın əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, “Uşaq inkişafının qiymətləndirilməsi” kitabının təqdimatı EİF-in çox vacib məsələlərə önəm verdiyini göstərir. Çünki uşaqlarla işin təməlində uşaq inkişafının qiymətləndirilməsi dayanır.
Çıxış edənlər bildiriblər ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşr olunan əsərlərin, həyata keçirilən layihələrin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti var. EİF tərəfindən “Şuşa qrantı” müsabiqəsinin keçirilməsini bu işə böyük töhfə hesab etmək olar.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova deyib ki, Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsi alimlərimizdən elmimizi ön sıralara çıxarmağı tələb edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən elm, təhsil strategiyası hər birimizin qarşısında müəyyən vəzifələr qoyur. Bu baxımdan EİF-in gənc alim və mütəxəssislər üçün müsabiqə keçirməsi təqdirəlayiqdir. Gənclər bu imkanlardan faydalanmalı, qalib layihələrin rəhbərləri yüksək nəticələrin əldə olunmasına səy göstərməlidirlər.
Gənc alim və mütəxəssislər onların inkişafı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qalib layihə rəhbərlərinə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

