Bakı Ali Neft Məktəbi Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edib
08.06.2017 [10:08]
Bakı Ali Neft Məktəbi (BANM) Bakıda keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edib.
Ali məktəbdən AZƏRTAC-a bildiriblər ki, sərginin açılışında iştirak edən Prezident İlham Əliyev SOCAR-ın stendində təmsil olunan BANM-in inkişafına, qısa bir müddətdə nail olduğu uğurlarına həsr olunan çap materialları, fotoşəkillər, buklet və broşürlarla tanış olub. SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verilib. Bildirilib ki, SOCAR bir sıra uğurlu proqramlar həyata keçirir. Prezident İlham Əliyevə SOCAR-ın təlim və təhsil proqramları, BANM-in fəaliyyəti, elmi-tədqiqat işləri və şirkətin işində əsas götürdüyü nano-texnologiyalar barədə də məlumat verilib. BANM-in ekspozisiyası sərgi iştirakçılarının, eləcə də xarici qonaqların böyük marağına səbəb olub.
BANM-in rektoru Elmar Qasımov Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında və Xəzər Neft və Qaz-2017 konfransında iştirak edib. Rəqəmsal texnologiyaların tətbiqi ilə yüksək ixtisaslı kadrların hazırlanması haqqında konfransın iclasında rektor “Bakı Ali Neft Məktəbində rəqəmsal texnologiyaların tətbiqi yüksəkixtisaslı mütəxəssis hazırlığına dəyərli töhfələr verilir” mövzusunda məruzə ilə çıxış edib.
BANM-in inkişafı, strukturu, tədris və elmi fəaliyyəti haqqında məlumat verən E.Qasımov ən müasir avadanlıq və qabaqcıl texnologiya ilə təchiz olunan yeni açılan kampus, aparıcı transmilli şirkətlərlə və xarici universitetlərlə əməkdaşlıqlardan söz açıb.
Rektor BANM-in bütün fəaliyyət sferalarında yeni müasir rəqəmsal texnologiyalardan istifadəsi haqqında ətraflı məlumat verib. Onların sırasında avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi, plagiatçılıq hallarının aşkar edilməsi üçün “Turnitin” şirkətinin proqramı, “Vision HW” və “Moodle” tədris idarəolunan elektron sistemi, biometrik elektron qeydiyyat sistemi və digər tədris prosesinin aspektlərini əhatə edən və onları effektiv artırılması edən sistemlər də mövcuddur.
XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Xəzər regionun enerji sektorunun ən önəmli tədbiri sayılır. Bu il sərgidə dünyanın otuz ölkəsini təmsil edən üç yüz şirkət iştirak edir. Beynəlxalq konfrans neft və qaz sənayesinin aktual məsələlərinin müzakirəsi üçün ənənəvi platforma sayılır. Bu il konfransda bir çox ölkələrdən dörd yüzdən çox nümayəndə iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

