Ölkəmizin beynəlxalq nüfuzu ilbəil daha da yüksəlir
19.06.2026 [12:14]
Məlum olduğu kimi, ölkəmiz artıq qlobal miqyasda nüfuzlu və beynəlxalq təşəbbüslərin mərkəzinə çevrilmiş ölkələrdən biridir. Yeri gəlmişkən, Ümumdünya Şəhərsalma Forumundan sonra İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun və etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar Azərbaycanın fəaliyyət gündəliyinin nə qədər çoxşaxəli və geniş olduğunu nümayiş etdirir. Qeyd etmək lazımdır ki, ölkəmizin xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir. İslam həmrəyliyinin möhkəmləndirilməsi və inkişafı Azərbaycanın beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi də Azərbaycanla İslam dünyası arasında formalaşmış qarşılıqlı etimadın, ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi qəbul edilməsinin növbəti ifadəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, toplantının açılış mərasimində çıxış edən ölkə başçısı Azərbaycanın bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsinin ölkəmizlə İslam İnkişaf Bankı Qrupu arasında mövcud olan sıx əməkdaşlığın, qarşılıqlı etimadın və uğurlu tərəfdaşlığın bariz göstəricisi olduğunu vurğuladı. Prezident 2010-cu ildə Bakıda keçirilən ilk İllik Toplantını xatırladaraq həmin tədbirin Azərbaycanın iqtisadi islahatlarına, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlara mühüm təkan verdiyini qeyd etdi. Bununla yanaşı dövlətimizin başçısı ötən dövr ərzində Azərbaycanda və regionda mühüm dəyişikliklərin baş verdiyini, lakin bu dəyişikliklər fonunda ölkəmizin sabit və dayanıqlı inkişaf xəttini qoruyub saxladığını söylədi. Bu isə Azərbaycanın milli maraqlara əsaslanan beynəlxalq əməkdaşlığa açıq və qlobal tərəfdaşlığa sadiq siyasətinin nəticəsidir. Prezident həmçinin qeyd etdi ki, Azərbaycanın müstəqillik dövrü çətin yol keçməsinə baxmayaraq sabit inkişaf və dövlət quruculuğu ilə yadda qalıb. Bu vəziyyət ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil etməklə yanaşı onun regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətindən danışaraq bərpaolunan enerjinin Azərbaycanın böyük potensiala malik sahələrindən biri olduğunu və beynəlxalq, yerli şirkətlərlə imzalanmış müqavilələr nəticəsində 2032-ci ilədək ölkəmizdə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücünün yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Hazırda əsas diqqət ötürücü xətlərin yaradılmasına və enerji ixracı infrastrukturunun formalaşdırılmasına yönəlib. Çünki ölkədə istehsal olunacaq əlavə enerji ixrac potensialına malikdir. Bu istiqamətdə əsas bazarlardan biri Avropadır və gələcəkdə Avropa İttifaqının elektrik enerjisinə olan tələbatı uzun müddət yüksək olaraq qalacaq. Onu da qeyd edək ki, İslam ölkələri ilə sağlam əməkdaşlıq və Azərbaycanın İslam dünyasının həmrəyliyi istiqamətində nümayiş etdirdiyi mövqe bu ölkələrlə münasibətlərin səmərəli və qarşılıqlı faydalı istiqamətdə inkişafının göstəricisidir. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi isə onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əməkdaşlıq üfüqləri daha da genişlənməkdədir. Azərbaycan təşəbbüslər ölkəsi olaraq beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edir, qlobal proseslərin önündə dayanır və aktual məsələlərin açıq müzakirəsinə əlverişli şərait yaradır. Ölkəmizdə keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısı da bunun növbəti təsdiqi oldu.
Ən əsası, ölkəmizin beynəlxalq nüfuzu ilbəil daha da yüksəlir. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş kimi mövqeyini və qlobal əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi.
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

