/ / Bakının Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılışı olub
Bakının Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılışı olub
03.08.2012 [21:18]
Dünən Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin icrası ilə əlaqədar dövlətimizin başçısı paytaxtın Suraxanı rayonunda görülən işlərlə tanış olarkən Yeni Suraxanı qəsəbəsinin sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirib və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş ediblər.
Prezident İlham Əliyev yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər verib. 2011-ci ilin iyulunda dövlətimizin başçısı məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində iştirak edib. üç mərtəbədən, 27 otaqdan ibarət yeni korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər səviyyəsində başa çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacaq.
üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840 şagirdin təhsil aldığı bildirilib. Dövlətimizin başçısı yeni korpusun foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işləri əks etdirən fotostendə baxıb. Burada şagirdlərin təhsil almaları üçün bütün şəraitin yaradıldığı vurğulanıb. Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına və fənn kabinetlərinə baxıb, buradakı şəraitlə yaxından tanış olub.
Fizika, kimya və digər fənn kabinetlərinin, təcrübə laboratoriyalarının tədris üçün lazım olan ən müasir avadanlıqla təchiz olunduğu qeyd edilib. Məktəbin ərazisində yeni dərs ilinə qədər idman və akt zallarının, yeməkxananın inşa olunacağı da nəzərdə tutulur. Ərazidə açıq idman meydançasının salınacağı da vurğulanıb.
85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

