Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sonuncu deportasiya

Sonuncu deportasiya

09.08.2024 [10:48]

Nüvədinin işğalından 33 il ötür...

Qərbi Azərbaycan İcması dünyaya səsləndi

Bu günlərdə Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı Bəyanatı həyəcansız oxumaq mümkün deyil. Sənəd azərbaycanlıların indiki Ermənistan ərazisindən növbəti deportasiyası - Zəngəzur mahalının Nüvədi kəndindən zorla çıxarılması ilə əlaqədar yayılıb. Bəyanatda da bildirldiyi kimi, həmin tarixdən bizi artıq 33 il ayırır. Müdhiş tarixdən illər ötsə də, düçar olduğumuz faciələr qan yaddaşımıza yazılıb və bizim ruhumuzu, xəyallarımızı həmişə ilğımtək o yerlərə çəkib aparır.

Bəşəriyyət tarixində qara səhifə

Təzada baxın: Son 200 ildə məkrli qüvvələr tərəfində? hazırlanan planlar, yazılan ssenarilər əsasında ermənilər dünyanın müxtəlif yerlərindən tarixi torpaqlarımıza - Qərbi Azərbaycana köçürülüblər. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən çoxsaylı sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarca yaşayış məntəqələrinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir və bunlar əyani şəkildə təsdiqləyir ki, ermənilər bu yerlərdə sonradan məskunlaşdırılıblar.
Bundan sonra torpaqlarımızın ilhaqına start verilib. XX əsr bu baxımdan xalqımız üçün bir sıra faciələrlə yadda qalıb. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından biri  ilə tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Prezident İlham Əliyev bunu bağışlanmaz bir addım, xəyanət və cinayət kimi səciyyələndirib. Bəli, təəssüf ki, bu, belədir, biz bunu deməliyik və  heç vaxt tariximizi təhrif etməməliyik.
İrəvan veriləndə bəziləri düşünürdülər ki, daha ermənilər dayanacaqlar, bir daha Azərbaycandan torpaq istəməyəcəklər. Lakin söhbət ermənilikdən gedirsə, bunu gözləməyinə dəyməz. Həqiqətən də özlərinin xəbis niyyətlərindən çıxış edən, “dənizdən dənizə Ermənistan” xülyaları ilə yaşayan ermənilər dayanmadılar və havadarlarını irəli verərək respublikamızdan yenidən torpaq qopartmaq üçün növbəti cəhdlərini etdilər. Beləliklə, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti haqsızlıq və cinayət idi. 
İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. 1948-1953-cü illərdə soydaşlarımız növbəti deportasiyaya məruz qalıb və ittifaq hökumətinin qərarı ilə doğma yurd yerlərindən çıxarılıblar.
Ötən əsrin səksəninci illərinin sonlarından etibarən sovet hökuməti xalqımıza qarşı növbəti cinayətə rəvac verib. Bu dəfə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev deyib: “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə, 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi”. 
XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı, o cümlədən də nüvədililərin deportasiyası xalqımızın növbəti faciəsi idi. Baş verənlər bəşəriyyət tarixində qara bir səhifədir və beynəlxalq birlik buna adekvat yanaşma sərgiləməlidir. QAİ-n?n yaydığı bəyanatda oxuyuruq: “Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqust ayının 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır”.

 Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmalıdır

Azərbaycan addım-addım özünü tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə ilə son 200 illik tariximizin ən böyük zəfərinə nail olduq. Ötən iki əsrdə xalqımız daim torpaq itkilərinə məruz qalıb. Bu pis ənənəyə Vətən müharibəsində son qoyuldu. Azərbaycan iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı. Bundan sonra 2023-cü il 19-20 sentyabr tarixində aparılan uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizi təmin etdik. Hazırda ölkəmizin bütün ərazilərində üçrəngli Bayrağımızın əzəmətlə dalğalanması hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.
İndi isə hədəfimiz növbəti missiyamızı yerinə yetirməkdir. Bu, soydaşlarımızın doğma yurd yerləriniə - Qərbi Azərbaycana layiqli şəkildə qayıdışının təmin edilməsi missiyasıdır. 
“İcma bir daha bəyan edir ki, Qərbi azərbaycanlılara qarşı törədilmiş bu ədalətsizliyi heç vaxt qəbul etməyəcək. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər mühüm aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaradılmasını tələb edir”, - deyə QAİ-nin yaydığı bəyanatda vurğulanır. 
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıda bilmələri üçün təhlükəsizliyin təmin edilməsinə, müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq aktların qəbul edilməsinə dəstək verməyə çağırır. “İcma, həmçinin qayıdış hüququ müstəvisində etnik və dini əsasda ayrı-seçkilik cəhdlərini qınayır və bu məsələdə qarşılıqlılıq və hüquq bərabərliyi prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayır”, - deyə sənəddə bildirilib.


Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30