Növbəti qızıl qələbə!
05.09.2024 [10:45]
Paralimpiyaçılarımız da “Paris - 2024” də ölkəmizi uğurla təmsil edirlər. “Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 28-də baş tutub. İdmançıların paradında Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Qeyd edək ki, Azərbaycan Paris Paralimpiadasında 7 növdə 19 idmançı ilə təmsil olunur.
Bütün Azərbaycanı sevindirən müjdə
Sentyabrın 3-də “Paris-2024” Yay Paralimpiya Oyunlarından ölkəmizə daha bir xoş xəbər gəldi. Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub. O, sentyabrın 5-də eyni kateqoriya üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.
Qazandığı qələbə ilə “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib. Onu da qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
“Paris-2024” Yay Paralimpiya Oyunlarında paraatlet Lamiyə Vəliyevanın çıxışı ölkəmizdə böyük həyacanla izlənilib və qələbə sorağı bütün Azərbaycanı sevindirib. Hətta bu qələbəni sevinc göz yaşları ilə qarşılayanlar da çox olub. O cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib. “Ura! Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”, - deyə Birinci vitse-prezident paylaşımında vurğulayıb.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın idmançılarımızın Olimpiadada qələbələr qazanmaları münasibətilə sosial şəbəkə hesabında paylaşımlar etməsi gözəl bir ənənəyə çevrilib. Bu paylaşımlar Birinci vitse-prezidentin mötəbər idman yarışlarında idmançılarımızın qazandıqları qələbələrə necə dərin həssaslıqla yanaşdığını təcəssüm etdirir. Təbii ki, belə münasibət idmançılarımıza əlavə stimul verir və onları daha inamla mübarizə aparmağa ruhlandırır.
Vətənə həsr olunan qələbə
Azərbaycan gənclərini fərqləndirən əsas mənəvi keyfiyyətlərdən biri onların yüksək dərəcədə vətənpərvər olmalağıdır. Onlar bunu 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdilər. Eyni zamanda, gənclərimiz ölkədə yaradılan şəraitdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısından bəhrələnməklə təhsildə, elmdə, istehsalatda, o cümlədən də idman sahəsində nailiyyətlər qazanmağa çalışırlar. Paralimpiyaçılarımız da belə vətənpərvər gənclərimizdəndirlər. Paralimpiyaçılarımız həssas təbəqələri təmsil etsələr də, bu, onların qələbə, Vətənə başucalığı gətirmək əzmlərini arxa plana keçirmir. “Paris - 2024”-də layiqli çıxışları ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan paralimpiyaçılarımız təsdiqlədilər ki, onlar da eyni dərəcədə vətənpərvərdirlər, eyni dərəcədə cəsur və bacarıqlıdırlar.
“Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir”. Bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib. İdmançı medalını Azərbaycan xalqına həsr etdiyini bildirərək deyib: “Çox sevindirici haldır ki, dünya rekordunu yeniləyərək Paralimpiya çempionu oldum. Məşqlərim bu yarışdan əvvəl çox da yaxşı davam etmirdi. Elə hiss edirdim ki, əvvəlki kimi deyiləm. Amma dünənki qələbə sayəsində bir daha şahid oldum ki, əziyyət yerdə qalmır”.
O, idmana və Paralimpiyaya göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

