Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.03.2013 [01:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2013-cü ildə Avropa İttifaqına sədrlik edəcək Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyus Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ştefan Füleyə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31