Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ermənistan bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

Ermənistan bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

08.04.2009 [15:09]

Prezident İlham Əliyev: Regionda yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik
Əlverişli coğrafi şəraiti, sahib olduğu yeraltı sərvətləri Azərbaycanın daim bütün dünyanın diqqət mərkəzində dayanmasına səbəb olub. Təəssüf ki, bu üstünlükləri bir çox hallarda, Azərbaycanın əleyhinə olan hadisələrin cərəyan etməsinə yol açıb. Bura milli, dini mənsubiyyəti də əlavə etsək, Azərbaycanın tarixin müxtəlif dövrlərində hansı çətinliklərə sinə gərdiyini təsəvvür etmək elə də çətin olmamalıdır. İki gün öncə baş tutan Təhlükəsizlik Şurasının iclası zamanı Prezident İlham Əliyev də bu məqama diqqət yönəldərək bəyan edib ki, Azərbaycan müxtəlif zamanlarda çətin sınaqlardan şərəflə çıxa bilib və indi ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən çox uğurla inkişaf edir. Bütün bunları şərtləndirən məqamlar isə tarixi dəyərlər, milli keyfiyyətlər, xalqımızın sahib olduğu mənəvi güc və ən əsası-güclü lider amilidir.
Bu amillər Azərbaycanın öz müstəqil siyasətini milli maraqlar üzərində qurmasına, milli mənafenin qorunması üçün lazımi siyasi kursun həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Bu gün milli maraqların müdafiəsi Azərbaycan üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edib. Belə ki, son 15 ildə atılan addımlar nəticəsində Azərbaycan həm özünün, həm də yerləşdiyi Cənubi Qafqaz regionunun enerji təhlükəsizliyinin təmin atında başlıca mərkəz hesab olunur. Eyni zamanda, dünyada sülhün və sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verir. Bu gün Azərbaycan həm regionda, həm də dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycanın həyata keçirdiyi siyasət ölkəmizin inkişafına xidmət göstərməklə yanaşı, digər ölkələrlə münasibətlərimizin uzunmüddətli əsaslarla, çox düzgün şəkildə qurulmasına şərait yaradır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəhəng transmilli enerji, nəqliyyat layihələri uğurla icra olunur. Azərbaycanın iştirakı olmadan, əlbəttə ki, bu böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər heç vaxt icra oluna bilməzdi. Bizim iradəmiz, siyasi yanaşmamız, o cümlədən bizim ciddi iştirakımızla yaranan uğurlu regional əməkdaşlıq meyilləri-bütün bunlar regionda yeni reallıqları mümkün edib. Regional məsələlərdə Azərbaycanın siyasəti həmişə, bütün zamanlarda çox açıq, aydın olub və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olub. Regionda mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür.  Prezident İlham Əliyev bu siyasi kursu şərh edərkən vurğulayıb ki, Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir, Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilib: “Bir də demək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcəkdir”.
Azərbaycanın xarici siyasət kursunın əsasını balanslaşdırılmış siyasət strategiyası təşkil edir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaratmaqla, bu münasibətlərdən ölkəmizin maraqlarına uyğun yararlanmaq üçün müvafiq addımlar atır. Lakin Azərbaycan heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb, qarışmır. Azərbaycan yalnız və yalnız bu və ya başqa ölkələrdə baş verən böhranların, siyasi gərginliklərin ölkəmizin sərhədləri daxilinə keçməsinə əngəl olur və buna imkan vermir. Eyni zamanda, Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə heç vaxt müdaxilə etməyib. Dövlət başçısı bu məqamı da xüsusi vurğulayaraq, bundan sonra da Azərbaycanın hər hansı dövlətlər arasında ikitərəfli münasibətlərə müdaxilə etməyəcəyini söyləyib. Ancaq bununla bərabər, regionda yaranan, yaxud da yarana biləcək vəziyyətə uyğun şəkildə öz siyasətimizi aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik.
O da xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın baş verə biləcək təhlükələrdən sığortalanması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atılıb. Ən əsası isə son illərdə hərbi potensialımız böyük dərəcədə güclənib və bu sahənin inkişafı mövcud hakimiyyət üçün prioritet təşkil edir. çünki Azərbaycan hələ də müharibə şəraitində yaşayır və belə olan halda, hərbi sahəyə, ordu quruculuğuna daim ən böyük diqqəti göstərməliyik. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də sözügedən tədbirdəki çıxışı zamanı bu məsələnin üzərində xüsusi dayanaraq, əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə yönəldib. Bu da təsadüfi deyil. çünki bu gün Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına ən böyük maneədir. Bu münaqişənin davam etməsi ölkəmiz üçün də təhlükə mənbəyi deməkdir. Məhz bu təhlükənin aradan qaldırılması üçün rəsmi Bakı sülh danışıqlarına sədaqət göstərir. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Amma qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir: “Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən, BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir. Bütün bu məsələlər indiki zəmanədə daha da ciddi diqqət tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dünyada, bölgədə gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr - bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır”.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1348 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31