Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident Viktor Yuşşenko Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident Viktor Yuşşenko Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

11.04.2009 [14:57]

Azərbaycanda rəsmi səfərdə olan
Ukrayna Prezidenti Viktor Yuşşenko dünən Fəxri Xiyabana gəlib. Prezident Viktor Yuşşenko Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Ukraynanın dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül qoyub.
*  *  *
Ukrayna Prezidenti Viktor Yuşşenko dünən Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Viktor Yuşşenko Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları üstünə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib. Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Viktor Yuşşenko buradan Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Paylaş:
Baxılıb: 1428 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31