/ / Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Litvanın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
09.04.2009 [16:34]
ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın rəhbərlik etdiyi nümayəndə heyəti dünən Heydər Əliyev Fondunda olub.
Qonaqlar əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış olublar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən sənədlərə, dahi şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxıblar.
Litvanın Baş nazirinin xanımı, Mstislav Rostropoviç Fondunun prezidenti Rasa Kubiliene Fondun Xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr olunmuş sənədli filmə də tamaşa ediblər.
Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva litvalı qonaqlarla görüşüb. Mehriban xanım onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin adını daşıyan Fondda görməkdən məmnun olduğunu söyləyib. Litva ilə Azərbaycan arasında bütün səviyyələrdə xoş münasibətlərin formalaşdığını deyən Mehriban xanım görüş iştirakçılarına Heydər Əliyev Fondunun müxtəlifyönümlü proqramları haqqında məlumat verib. Bildirib ki, əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasının təbliği və gələcək nəsillərə çatdırılması olan Fond həm də qayğıya və köməyə ehtiyacı olanların problemlərinin həlli, uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara, qaçqın və məcburi köçkünlərə yardım, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində çoxsaylı tədbirlər həyata keçirir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Litvanın Baş nazirinin xanımı Rasa Kubiliene Heydər Əliyev Fondu ilə tanışlığın onlarda zəngin təəssürat doğurduğunu söyləyib. Başçılıq etdiyi Fondun 2003-cü ildən fəaliyyət göstərdiyini deyən qonaq bildirib ki, M.Rostropoviç Fondu da, demək olar, eyni funksiyaları həyata keçirir, xeyriyyəçilik tədbirləri ilə məşğul olur.
Görüşdə fondlar arasında əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağı vurğulanıb.
Qonaqlar Mehriban xanıma nəcib və xeyirxah fəaliyyətində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31

