/ / Prezident İlham Əliyev BP-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev BP-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14.04.2009 [17:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BP-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BP-nin yüz illik yubileyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu tarixi günü təkcə BP-nin həyatında deyil, bütövlükdə neft sənayesinin tarixində əlamətdar gün kimi dəyərləndirib. Dövlətimizin başçısı bildirib ki, ötən dövr ərzində BP dünyanın aparıcı şirkətlərindən birinə çevrilib və özünü səriştəli şirkət kimi göstərib. Azərbaycanın BP şirkəti ilə on beş illik uğurlu əməkdaşlığına toxunan Prezident İlham Əliyev qarşılıqlı fayda verən bu tərəfdaşlığın ümumilikdə Xəzər regionunda əməkdaşlıq üçün geniş imkanlar açdığını deyib. Dövlətimizin başçısı Azərbaycanın BP şirkəti ilə əməkdaşlığını dünyanın nüfuzlu şirkəti ilə dövlət arasında əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.
Prezident deyib ki, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan yalnız müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin sahibi kimi bu sərvətləri xalqımızın və ölkəmizin rifahı istiqamətinə yönəldə bilib, ölkəmiz regionda və eləcə də dünyada enerji sahəsində əməkdaşlığa öz töhfəsini verib. Dövlətimizin başçısı neft gəlirlərindən səmərəli istifadə etməklə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunduğunu və regionlarda mühüm infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb. ölkəmizdə bütün sahələrdə uğurlu islahatların həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev bu islahatların 1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə başlandığını bildirib. Yubiley münasibətilə bir daha təbriklərini çatdıran Prezident İlham Əliyev Azərbaycanın dövlət strukturları və şirkətləri ilə BP arasında olan yaxşı tərəfdaşlıq ruhunun gələcəkdə də qarşılıqlı maraqlara xidmət edəcəyinə əminliyini söyləyib.
Bill Şreder BP-nin yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən məmnun olduqlarını deyib. O, Azərbaycanın neft sənayesinin böyük tarixinin olduğunu, ölkəmizin bu sahədə son 15 ildə mühüm nailiyyətlər qazandığını və BP şirkətinin də bu inkişafda payı olmasından böyük şərəf duyduqlarını qeyd edib. Bill Şreder bildirib ki, Azərbaycan BP şirkəti ilə əməkdaşlıq edən elə ölkələrdəndir ki, şirkətin icraçı direktoru Toni Heyvard və icraçı vitse-prezidenti Endryu İnqlis həmişə Azərbaycanı dünyada əsl uğur modeli kimi dəyərləndiriblər. O, BP şirkətinin Azərbaycanla uğurlu əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12

