Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev dünya siyasətinin ən tanınmış dövlət xadimlərindəndir

Prezident İlham Əliyev dünya siyasətinin ən tanınmış dövlət xadimlərindəndir

02.07.2009 [14:31]

Beynəlxalq rəy sorğusunun nəticələri bir daha göstərdi ki, Azərbaycan Prezidenti dünya ictimaiyyətinin də ən çox etimad göstərdiyi liderlərdən biridir
Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev respublikamızın gələcək uğurlarına etibarlı təminat yaratdı. Məhz Ulu öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlini təşkil edir. 1993-cü ildə xalqın tələb və təkidi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn və parçalanmaq ərəfəsində olan Azərbaycanı dünyanın ən tanınmış dövlətləri sırasına çıxarmağı bacaran, heç bir büdcə ehtiyatı olmayan bir ölkəni bölgənin lider dövlətinə çevirən Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın çiçəklənməsinə sərf etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də məhz əsasını qoyduğu strategiyanı, siyasi kursu davam etdirə biləcək layiqli Lideri yetişdirməsi idi. Bu Lider artıq 6 ildir ki, Azərbaycanı daha da qüdrətləndirən, ölkəmizi dünyanın güclü dövlətləri ilə bir sıraya çıxaran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Xalqımız 2003-cü ildə və 2008-ci ildə, demək olar ki, yekdilliklə ölkə başçısı postuna ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyevi layiq gördü. Bu yüksək etimad, ilk növbədə, cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanır. Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi müddətdə Ulu öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə nəinki sadiq qaldı, eyni zamanda böyük əzmlə davam etdirdiyi bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər əbədiliyini, daimiliyini, dönməzliyini təmin etdi.
Müstəqil Azərbaycan son 5 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi nailiyyətlərə imza atdı. ölkəmizin sürətli iqtisadi inkişaf tempi ilə dünyada qabaqcıl mövqeyini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşan, sınaqlardan uğurla çıxan təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub.
Bu gün böyük dövlətlər belə gənc Azərbaycanın qısa zaman kəsiyində uzun bir yol qət etdiyini etiraf edirlər. Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avroatlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirir. Yürüdülən siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunan uğurların fonunda bir daha aydın görünür: 2003-cü ildə cəmi 1,2 milyard dollar təşkil edən Azərbaycanın dövlət büdcəsi 2008-ci ildə 16 milyard manata çatıb. Hərbi xərclər 11 dəfə artırılıb. Əgər 2003-cü ildə adambaşına düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2007-ci ildə 3663 dollara, 2008-ci ildə isə 5800 dollara çatıb. ötən müddətdə ölkə iqtisadiyyatı ümumilikdə 2,7 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 15,7 faizə enib, üDM-in illik orta artım göstəricisi təxminən 30 faiz təşkil edib. Yeni açılan iş yerlərinin sayı 740 mini ötüb. Mərhələlərlə qaldırılan minimum əməkhaqqı 2008-ci il yanvarın 1-dən 60 manata, sentyabrın 1-dən 75 manata qaldırılıb.
İlham Əliyevin prezidentliyi dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Bundan başqa, Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artırılması istiqamətində uğurlu fəaliyyət nümayiş etdirdi. Avroatlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, habelə, ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzindədir.
Beynalxalq arenada hələ Prezident seçilməmişdən öncə tanınan, uzun illər Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə rəhbərlik edən İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasına təkan verdi. Məhz Prezident İlham Əliyevin bu fəaliyyəti dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin dəyişməsinə səbəb oldu. Artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənir.
Prezident İlham Əliyev ölkə başçısının necə böyük bir məsuliyyət daşıdığını hər zaman vurğulayır və bu məsuliyyətin layiqli şəkildə yerinə yetirilməsinin vacibliyini önə çəkir: “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır”.
Təsadüfi deyil ki, “World Public Opinion” beynəlxalq təşkilatının apardığı sorğuda Yaxın Şərq və Asiya ölkələrində ən çox etibar qazanan dünya liderlərinin sırasında Azərbaycan Prezidentinin də adı var. Sorğunun nəticələrinə görə, Türkiyədə ən çox etibar qazanan siyasi xadim Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan olub. 47 faiz respondent Azərbaycan dövlətinin başçısına etimad göstərdiyini bildirib. Bu fakt Prezident İlham Əliyevin nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da peşəkar siyasətçi, qətiyyətli dövlət başçısı və tanınmış dövlət xadimi kimi qəbul olunduğunu bir daha təsdiq edir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31