Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xüsusi Dövlət Mühafizə Xidməti dövlət obyektlərinin təhlükəsizliyini peşəkarcasına təmin edir

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət obyektlərinin təhlükəsizliyini peşəkarcasına təmin edir

25.08.2009 [03:11]

Prezident İlham Əliyev: Milli Qvardiya və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Ulu öndəri böyük peşəkarlıq və sevgi ilə qorumaqla bizim müstəqil yaşamağımızı, Azərbaycanın uğurunu, inkişafını təmin etdilər
Avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) peşə bayramıdır. 1993-cü il avqustun 23-də ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verirlər.
Qeyd edək ki, 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziyası), 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanan XDMX 1991-ci ildən Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Elə həmin il İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Mühafizə şöbəsinə çevrilib. ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gəlişi ilə 1993-cü il avqustun 23-dən Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanıb. Qurum 2002-ci ildən ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır.
Yarandığı dövrdən ölkədə sabitliyin qorunmasında, təxribatların qarşısının alınmasında, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə XDMX üzvləri fəal surətdə iştirak ediblər. Məhz qanlı müharibə illərində Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu keçib. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə XDMX hərbi qulluqçularından 13 nəfəri şəhid olub, 21 nəfər itgin düşüb, 55 nəfəri isə müxtəlif dərəcələrdə xəsarət alıb. XDMX-nin hərbi qulluqçusu-Milli Qvardiyanın Alay komandiri mayor Hüseynov Əfqan Qaraxan oğlu göstərdiyi rəşadət və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin göstərilən Fərmanı ilə çavuş Hacıəliyev Camal Şakiroviç (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə XDMX-nin 6 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeni, 69 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə, 14 nəfər isə “İgidliyə görə” medalı ilə təltif olunub.
XDMX-nın tərkibində olan Milli Qvardiyanın da şanlı tarixi var. Hələ 1918-1920-cı illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə start verilib. SSRİ dağıldıqdan sonra müstəqilliyini əldə edən Azərbaycanda siyasi, iqtisadi, qanunvericilik sistemlərində olduğu kimi, inzibati orqanlarda da yenidənqurma işləri aparılaraq yeni şəraitə uyğun optimal idarəçilik formaları axtarılmağa başlandı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Qvardiyanın daha da möhkəmləndirilməsi istiqamətində işlər görüldü. Bununla yanaşı, Milli Qvardiyanın daha da peşəkarlaşdırılması və texniki təchizatının yüksək səviyyəyə gətirilməsi işi birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Yüksək peşəkar mühafizə işinin təşkili müasir elm və texnikanın nailiyyətləriylə paralel şəkildə inkişaf etməlidir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkminləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması bugünkü XDMX-nın qarşısında duran əsas məqsədlərdən biridir. Bu baxımdan 2007-ci ildə Azərbaycan Respublikası XDMX-nin yeni istifadəyə verilən son müasir tələblərə cavab verən bina və texniki avadanlıqlarla təchiz olunan müasir Təlim-Tədris Mərkəzi (TTM) xüsusi olaraq qeyd edilməlidir. ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman XDMX-nın daha da peşəkarlaşdırılması istiqamətində aparılan fəaliyyəti dəstəkləyib. Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzi döyüş hazırlığı tapşırıqlarının nəzəri və əməli öyrənilməsi, şəxsi heyətin yerləşdirilməsi, qidalanması, maddi və məişət təminatı üçün nəzərdə tutulan təlim obyektlərinin və sahələrinin, xidməti, tədris və yaşayış binalarının kompleksindən ibarətdir. Təlim-Tədris Mərkəzi Xüsusi Dövlət Mühafizə Xidmətinin hissə və bölmələrinin əsas təlim-tədris bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və mənəvi-psixoloji səviyyəsinin artırılmasına xidmət edir. TTM-də yerləşən təlim-tədris obyektləri və sahələri döyüş hazırlığının tələblərinə cavab verməklə yanaşı, müasir texnika və avadanlıqlarla təchiz olunub. TTM XDMX-nin hissə və bölmələrin döyüş və ictimai-siyasi hazırlığı proqramının tələblərini rəhbər tutaraq hərbi qulluqçularla intensiv olaraq bilik və bacarıqlarını təkmilləşdirmək, təlim toplanışlarının, ilk peşə hazırlığı, ixtisas və təkmilləşdirmə kurslarının və digər döyüş təlimlərinin keçirilməsini təmin edir.
Bununla yanaşı, XDMX Azərbaycan üçün xüsusi önəmə malik obyektlərin qorunması işini də yüksək peşəkarlıqla həyata keçirir. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan, o cümlədən, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında mühüm rola malik digər ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi məhz XDMX tərəfindən qorunur. Bu gün həqiqətən də ölkəmizin ən əsas obyektlərinin keşiyində dayanan XDMX əməkdaşları öz işlərini peşəkarcasına həyata keçirirlər. ölkə Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim-Tədris Mərkəzinin açılışı zamanı söylədiyi nitqdə xüsusi olaraq vurğulamışdı ki, XDMX bu gün ölkəmizdə sabitliyin bərqərarında, o cümlədən, obyektlərin peşəkarcasına qorunmasında əsl fədakarlıq nümayiş etdirir. ölkə başçısı xüsusi olaraq vurğulamışdı ki, bütün bu fəaliyyət, görülən işlər ümummilli lider Heydər Əliyev siyasətinin inkişafı, yüksəlişidir: “Ulu öndər Heydər Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin formalaşmasında çox böyük rolu olmuşdur. Heydər Əliyev Xidmətin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə çox böyük diqqət və qayğı göstərmişdir. Bütün dövrlərdə Xüsusi Dövlət Mühafizə Xidməti Ulu öndərə sədaqətlə qulluq etmişdir və bu gün dövlətçiliyə, Azərbaycanda sabitliyin bərqərar olunmasına, qorunmasına öz töhfəsini verməkdədir”.
ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan, dövlətçiliyimiz, müstəqilliyimiz üçün ən ağır dövrlərdə, 1990-cı illərin ortalarında Milli Qvardiya və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Ulu öndəri böyük peşəkarlıq və sevgi ilə qorudular və bununla Azərbaycanda sabitliyi qorudular, dövlətçilik əsaslarını qorudular: “Bizim müstəqil yaşamağımızı qorudular, Azərbaycanın uğurunu, inkişafını təmin etdilər. Ulu öndər xalqın dəstəyi ilə bütün çətin anlardan şərəflə çıxdı, Azərbaycanın müstəqilliyini qorudu, Azərbaycanı faktiki olaraq parçalanmaqdan xilas etdi və bu gün Azərbaycanın uğurlu inkişafı o siyasətə əsaslanır. Bizim siyasətimiz, Ulu öndər Heydər Əliyevin siyasəti bütün sahələrdə davam etdirilir. Milli Qvardiyanın Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri olmuşdur. Qvardiya yaradılan günlərdə Azərbaycana təcavüz edən erməni qəsbkarlarına qarşı döyüşlərə başlamış, çox böyük cəsarətlə, şücaətlə vuruşmuşdur, şəhidlər vermişdir və Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın müstəqilliyini qorumuşdur. Ona görə biz hamımız qvardiyanın xidmətlərini yüksək qiymətləndirməliyik və bu gün həm Xidmətin, həm də qvardiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların sosial problemlərinin həlli üçün dövlət öz qayğısını göstərir”.
XDMX dövlət obyektlərinin qorunması ilə yanaşı, xarici ölkələrdən Azərbaycana gələn rəsmi qonaqların, o cümlədən, dövlət başçılarının qorunması işini də yüksək peşəkarlıqla həyata keçirir. Məhz bu yüksək peşəkarlıq ölkəmizdə hər hansı bir terror və ya təxribatın baş verməsinə mane olur, onun qarşısını alır. Prezident İlham Əliyev Milli Qvardiya və Xüsusi Dövlət Mühafizə Xidmətinin ən yüksək qiymətə layiq olduğunu bildirib: “Heydər Əliyevin təşəbbüsü ilə əsas sənaye infrastrukturunun qorunması məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmışdır və bu şərəfli missiyanı Xidmət çox peşəkarlıqla icra edir. Həm Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin, həm də digər kəmərlərin və nəqliyyat infrastrukturunun qorunması Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin qorunması deməkdir. Deyə bilərəm ki, bütün bu illər ərzində həm kəmərlərin tikintisi, həm də istismarı zamanı Azərbaycan ərazisində heç bir insident və kəmərlərin istifadəsi üçün heç bir təhlükə olmamışdır. Ancaq bilirik ki, bəzi hallarda başqa ölkələrdə kəmərlərə müdaxilələr, oğurluq halları bəzən terror aktları olur. Azərbaycanda kəmərlərin tam şəkildə təhlükəsiz istismarı təmin olunur və əlbəttə ki, bu işdə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının böyük rolu vardır. Əminəm ki, Azərbaycan üçün ən böyük əhəmiyyət kəsb edən bizim ixrac infrastrukturumuz bundan sonra da lazımi səviyyədə qorunacaq və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəkdir”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1748 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31