Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ölkəmizdə tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir

Ölkəmizdə tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir

10.09.2009 [09:36]

Prezident İlham Əliyev AMEA-nın Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar.
Dövlətimizin başçısına parkda görülmüş işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 2 hektara yaxın ərazisi olan parkda yenidənqurma işləri mükəmməl layihə əsasında reallaşdırılıb, milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb. Buradakı rəngarənglik orijinal mənzərə yaradır. Parkın gəzinti sahələri tamamilə yenilənib, bu ərazilərə xaricdən gətirilmiş 950 kvadratmetrdən çox qranit və ağ mərmər döşənib, 870 kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb. Hollandiyadan gətirilmiş 10 mindən çox dekorativ güldən müxtəlif kompozisiyalar yaradılıb.
İstirahət ocağının mərkəzində diametri 24 metr olan fəvvarə parka xüsusi yaraşıq verir. Fəvvarənin avtomatik qaydada işləyən su nasosu İtaliya və Almaniya istehsalıdır. Parkın yenidən qurulmuş suvarma sistemi də avtomatik qaydada işləyir. Yaşıllıqların suvarılması və fəvvarə üçün su 55 metr dərinliyə qazılmış yeni quyudan təmin olunur. Parkda müasir işıqlandırma sistemi quraşdırılıb, yeni oturacaqlar qoyulub.
Yenidənqurma işlərini Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib. Burada görülən işlər Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası, yüksək keyfiyyəti və ardıcıl xarakter daşıması barədə dolğun təəssürat yaradır.
Görülmüş işlərlə yaxından tanış olan Prezident İlham Əliyev əlavə tapşırıq və tövsiyələrini verib.


Paylaş:
Baxılıb: 1145 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31