Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İtaliya Azərbaycan ilə əlaqələrə böyük önəm verir

İtaliya Azərbaycan ilə əlaqələrə böyük önəm verir

10.09.2009 [09:37]

Prezident İlham Əliyev İtaliyanın ölkəmizdəki səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Prezident İlham Əliyev İtaliyaya uğurlu səfərlərini, orada Baş nazir və Prezidentlə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı ölkələrimizin gələcək illərdə də uğurla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Can Luici Maşanın ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin inkişafı işinə öz töhfəsini verdiyini qeyd edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səfir İtaliyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini vurğulayıb,  ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. Can Luici Maşa Prezident İlham Əliyevə onun səfir kimi fəaliyyətinə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib.


Paylaş:
Baxılıb: 1144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31