Azərbaycan davamlı islahatlar kursunu daha da dərinləşdirəcək
24.09.2009 [10:25]
Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarında Azərbaycana verilən qiymət hər il yüksələn xətt üzrə artır. Yəni, Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın nüfuzlu maliyyə və reytinq təşkilatlarının hesabatlarında, müxtəlif qiymətləndirmələrində öz müsbət əksini tapmaqdadır. Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı “Doing Business - 2010” hesabatında Azərbaycana verilən qiymət bunun tam təsdiqi sayıla bilər.
ümumiyyətlə, Dünya Bankının və digər nəhəng maliyyə təşkilatlarının hesabatlarında Azərbaycana bu cür yüksək qiymət verilməsinə səbəb olan başlıca meyarlar hansılardır? Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın dinamik inkişafı üçün məqsədyönlü kompleks islahatlar həyata keçirilir. ötən illər ərzində Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadi fəaliyyət sahələrinin təkmilləşdirilməsinə dair mühüm tədbirlər görülüb və bu istiqamətdə atılan addımlar həmin sahələrdə əhəmiyyətli dönüş yaradıb. Sahibkarlıq sektorunda süni müdaxilələrin qarşısının alınması və lisenziya verən qurumların sayının azaldılması biznes mühitinin inkişafını təmin edib. Sahibkarlığa başlayan şəxslərin qeydiyyat prosedurunun sadələşdirilməsi, yəni “bir pəncərə” sisteminin tətbiq olunması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan verib. Bu qərar investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına, sahibkarların cəmi bir neçə gün ərzində qeydiyyata alınmasına və fəaliyyətə başlamasına səbəb olub.
“Doing Business - 2009” hesabatında bir nömrəli islahatçı ölkə statusunu qazanan Azərbaycan hökuməti bu nailiyyətdən sonra da islahatlar kursunu dərinləşdirib. Hökumət növbəti illərdə bu istiqamətdə islahatların yeni prioritetlərini müəyyənləşdirib və həmin strukturlarda da qısa müddətdə radikal dəyişikliklər baş verməyə başlayıb. Belə ki, 2009-cu ilin yanvar ayından dövlət sərhəd-buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiq olunması biznes sektorunda yeni imkanlar açıb. Təbii ki, bu detallar beynəlxalq təşkilatların hesabatında nəzərə alınmaya bilməz. Bir neçə il əvvəl (2008-ci ilə dair) Dünya Bankının hazırladığı “Doing-Business” hesabatında 97-ci yerdə qərar tutan Azərbaycan növbəti hesabatlarda ən azı 60 pillə irəliləməyə nail olub. Məsələ burasındadır ki, başqa dövlətlər ötən iki ildə ən yaxşı halda 20-30 pillə irəlilədiyi halda respublikamız qeyd olunan qiymətləndirmələrdə 64 pillə irəli çıxmağa müvəffəq olub. Hətta bir sıra xarici iqtisadi analitik mərkəzləri ölkəmizdə aparılan islahtaları “inqilabi dəyişiklik” kimi qiymətləndirib. Bu tendensiya bir daha onu təsdiqləyir ki, respublikamız beynəlxalq qurumların tövsiyə etdiyi elementlərin hər birini gerçəkləşdirə bilib.
Göründüyü kimi, digər fəaliyyət sahələrində də “bir pəncərə” sisteminin tətbiq olunması iqtisadi diversifikasiya üçün əlverişli mühitin təmin edilməsinə impuls verir və islahatların davamlı xarakter daşıdığını şərtləndirmiş olur. Keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatların davamlı olmasının başlıca məzmunu Azərbaycan hökumətinin ölkədə azad rəqabət mühitini formalaşdırmaq və bütün iş adamlarına eyni şəraitin yaradılmasını təmin etmək üçün siyasi iradəyə malik olmasındadır. Azərbaycan hökuməti son illərdə həm miqyas baxımından, həm də qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi baxımdan geniş islahatlar həyata keçirib. Biznesə başlama, işçilərin işə götürülməsi, əmtəə dövriyyəsi, daşınmaz əmlakın qeydiyyatının aparılması, gömrük rejimi, vergilərin ödənilməsi, kreditlərin alınması və digər parametrlər üzrə çox mühüm addımlar atılıb.
ümumiyyətlə, hökumətin başlıca məqsədi bütün iqtisadi fəaliyyət sahələrində icazələri sadələşdirərək vahid kod (“bir pəncərə”) sisteminin yaradılmasından ibarətdir. Hazırda tikinti sektorunda da qeydiyyat sisteminin sadələşdirilməsi ilə bağlı prosedurlar hazırlanıb və yaxın müddətdə bu mexanizmin tətbiq edilməsi nəzərdə tutulur. Yeni qaydalar tikinti sektorunda fəaliyyətə başlamaq üçün qeydiyyat sənədlərinin sayının 3 dəfə, müddətin isə 2 dəfə azalmasına səbəb olacaq. Tikintidə “vahid pəncərə” sisteminin tətbiq olunması bu bölməyə sərmayə axınlarına bir qədər də təkan verəcək. Bundan başqa, idxal-ixrac əməliyyatlarının aparılması qaydalarının sadələşdirilməsi ilə bağlı tədbirlərin intensivləşdirilməsi də əsas prioritetlərdəndir. Gömrük-vergi rejiminin təkmilləşdirlməsi ilə bağlı digər qaydaların da hazırlanması üzərində işlər yekunlaşmaqdadır. Gömrük tariflərinə yenidən baxılması və vergi siyasətini təkmilləşdirməsi istiqamətində işlər də sürətləndirilib. Rəqabət Məcəlləsinin hazırlanması da başa çatdırılıb və yeni ildən qüvvəyə minməsi nəzərdə tutulur. Beləliklə, hökumət qeyd olunan digər hədəflərə də nail olmaqdadır. Bu strategiya isə ölkədə rəqabətqabiliyyətliliyin daha da artmasına, xarici iş adamları üçün geniş fəaliyyət şəbəkəsinin yaranmasına stimul verəcək və ümumilikdə biznes atmosferasının ən şəffaf olmasına imkan vermiş olacaq.
ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsinin başlıca elementləridir. Azərbaycanın kredit reytinqinin ildən-ilə yüksəlməsi ölkəmizə inamı artıraraq xarici sərmayəçilərin yeni inkişaf proqramlarında iştirak etməsi üçün əlverişli baza yaradacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10

