Xalqın tapşırığı ilə ədalətli idarəetmə
26.09.2009 [20:52]
“İzvestiya” qəzetinin 24 sentyabr tarixli nömrəsində dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafına və hakimiyyətin legitimliyinə dair beynəlxalq reytinqlərdə çox irəli getməsinə həsr olunmuş tematik əlavə verilib. AzərTAc həmin materialı oxuculara təqdim edir:
Cənubi Qafqazda kiçik, lakin çox uğurlu dövlət olan Azərbaycan postsosialist Avropa ölkələri arasında hakimiyyətin legitimliyinin qiymətləndirilməsində birinci yerə çıxmışdır. Rəqabətədavamlılıq sahəsində Azərbaycan MDB ölkələri arasında şəksiz liderdir. ölkədə demokratiya mexanizmlərinin keyfiyyətcə dəyişməsi və genişləndirilməsi beynəlxalq monitorinqin bir çox komissiyaları və qrupları tərəfindən qeyd olunmuşdur. Biz bu cür reytinqlərin necə tərtib olunmasından və monitorinq qruplarının, əsasən, nəyə diqqət yetirməsindən danışacağıq. Biz bir neçə reytinq tədqiqatının nəticələrini müqayisə edəcək, onların tərtib edilməsini, massmediaya təsiri mexanizmlərini nəzərdən keçirəcək, habelə virtual, xalis subyektiv və daha obyektiv rəqəm göstəricilərinin nisbətini müəyyən edəcəyik. Nəhayət, Azərbaycanın sosial-iqtisadi reytinqlərdə mövqeyinin dəyişməsinin səbəblərini və Azərbaycanın real uğurlarını araşdıracağıq.
Xeyli oxşar baxışlara malik, əhalisi, əsasən, ümumi sovet mental bazasında tərbiyə olunmuş üç dövlətin liderlərindən geniş sitatlardan başlayaq. İkinci Dünya müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar sentyabrda Polşanın Qdansk şəhərində keçirilən zirvə görüşündə Vladimir Putin deyib: “ölkələrimizdə demokratiyalar zəif, siyasi sistemlər qeyri-sabit, hüquq rejimi isə kifayət qədər qeyri-müəyyəndir”.
Müşahidəçilər bu bəyanatın Kremlin Rusiya demokratiyasının xüsusiyyətləri ilə bağlı məlum ənənəvi mövqeyinə zidd olan çox güclü və və qeyri-adi bəyanat kimi qiymətləndiriblər. Aydındır ki, hökumətin sədri bununla təkcə Rusiyada deyil, bütün MDB ölkələrində demokratiya təcrübəsinə qiymət verib. Aşağıda açıq söylənilən bu fikir Qərbdə və postsovet məkanında reytinq sistemlərinin bir-birinə uyğun gəlməməsinin, habelə bununla əlaqədar MDB dövlətləri barədə məlum stereotip rəyin yaranmasının səbəblərini araşdırmağa kömək edəcək.
Rusiya Prezidenti Dmitri Medvedevin bu yaxınlarda dərc olunmuş məqaləsində daha açıq və səmimi deyilir: “Bütövlükdə demokratik təsisatlar formalaşdırılmış və sabitləşdirilmişdir, lakin onların keyfiyyəti idealdan çox uzaqdır. Vətəndaş cəmiyyəti zəifdir, özünütəşkil və özünüidarənin səviyyəsi yüksək deyil, Rusiyanın taleyini xammal birjaları deyil, bizim özümüz, öz tariximiz, öz gələcəyimiz barədə təsəvvürlərimiz həll etməlidirlər. İntellektimiz, özümüzü düzgün qiymətləndirmək bacarığımız, qüvvəmiz, şəxsi ləyaqət hissimiz, təşəbbüskarlığımız”.
Medvedev üç əsas bəlanı da diqqətə çatdırır: “Bir əsrlik iqtisadi gerilik - xammal ixracı hesabına dolanmaq, faktiki olaraq, onu hazır məhsula dəyişmək vərdişi. Ta qədimdən Rusiyanı əldən salan çoxəsrlik korrupsiya. Cəmiyyətdə geniş yayılmış paternalist əhval-ruhiyyə, bütün problemlərin dövlət tərəfindən həll olunacağına əminlik”.
ötən ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyev “İNTERFAKS” agentliyinə müsahibəsində öz siyasi kursunun məqsədlərindən danışıb: “Gələcəkdə biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sözləri, hətta onun özlərindən arxayın olan qonşularının fonunda çox nikbin səslənir. Müasir liderlərin bu üç bəyanatını ölkəni modernləşdirmək istəyi, görüləcək işlərin dəqiq dərk edilməsi, postsovet dövlətlərinin ictimai-siyasi praktikasında müasirlik və tərəqqi ruhunda tədricən də olsa, davamlı şəkildə tətbiq edilən müasir sivil dəyərlərə tərəfdarlıq birləşdirir.
Həyatın keyfiyyəti: güclü dövlət+güclü demokratiya
Postsovet transformasiyasının dilemması mahiyyətinə görə olduqca dramatikdir. Bizim öz tarixi taleyimiz var, lakin postsovet transformasiyasının ssenarisi yüksələn düzxətli deyil, onun mürəkkəb döngələri olur.
1990-cı illərin əvvəllərində, o cümlədən, Qərb məsləhətçilərinin də diqqət yetirdiyi əsas problem dövlət qurumlarının zəifliyi idi (administrasiya aparatının, idarəçilik təsisatlarının, əmrlərin icrasının ləngliyi). Bu dövr separatçı hərəkatların güclənməsi (Azərbaycan öz tarixində dövlət təsisatlarının zəifliyi probleminin altını yetərincə çəkib), kriminalın cəmiyyətin toxumalarına işləməsi, istehsalın deqradasiyası, bazarın inkişafdan qalması ilə eyni vaxta düşmüşdü. Adətən, bu dövrə belə tərif verilirdi: “xaos və parçalanma dövrü”. O dövrün obrazı, keçmiş MDB məkanında bir çox dövlətlərin formalaşmış imici, birliklərimizin obrazı hələ də Qərb dünyasının keçmiş sovet məkanında siyasi mədəniyyətlə bağlı mənfi rəyini stimullaşdırır. Xatirimizdədir ki, təxminən 1995-ci ilədək Azərbaycan potensial “yeni” şiəlik, islam radikalizmi mənbəyi kimi qəbul olunurdu...
Budur, on ildən çox vaxt keçib. Bu, tarixi baxımdan böyük müddət deyildir. Gənc Azərbaycan dövləti möhkəmlənib, dedikcə səmərəli olub. Bu, kifayətdirmi? İndiki tarixi mərhələ üçün yetərincə kifayətdir.
Təcrübə göstərir ki, inzibati amillərin, inzibati nəzarət amillərinin, inzibati məhdudiyyətlərin universal roluna ümid bəzən ayrı-ayrı bürokratik qrupların korrupsiya maraqları ilə məhdudlaşır. Lakin bu da məlumdur ki, ağıllı hakimiyyət milli etirazın artmasını gözləmədən özü buna diqqət yetirir. Azərbaycanda sosial və siyasi sabitlik sübut edir ki, müasir, sürətlə dəyişən və mürəkkəb dünyada peşəkar, savadlı dövlət idarəçiliyinin keyfiyyəti dövlətin davamlı mütərəqqi inkişafında həlledici rol oynaya bilər.
Əgər çoxmənalı “demokratiya” anlayışı dedikdə təkcə ən adi şeyləri - hakimiyyətin bölünməsini və azad seçkiləri, azad KİV-ləri deyil, daha geniş amilləri nəzərdə tutsaq, görərik ki, keçmiş postsovet məkanı ölkələrində demokratikləşdirmə istiqamətində dəyişikliklər bəzən qeyri-bərabər xarakter daşıyır. Ənənələr, keçid dövrünün çətinlikləri öz təsirini göstərir. Bir çox ölkələrdə, məsələn, Rusiyada hakimiyyət sistemi, əvvəllər olduğu kimi, paternalist münasibətlər üzərində qalır.
Siyasi həyatda daha geniş iştirak etmək
imkanlarına baxmayaraq, bu hüquqdan real olaraq daha çox müvafiq əlaqələri, ciddi maliyyə kapitalı olanlar istifadə edirlər. Aşağı təbəqə siyasətdən uzaqdır, onlar siyasətdə yalnız dolayısı ilə, passiv şəkildə iştirak edirlər. Bunu hamı üçün əlçatan seçim kimi reklam olunan, əslində isə vətəndaşların təxminən 8 faizinin istifadə edə bildiyi (Rusiya bazarında) ipoteka krediti ilə müqayisə etmək olar.
Bu vəziyyəti vətəndaşların hakimiyyətə təsirini təmin edən güclü təsisatların olmaması da əngəlləyir. Bəzən təsisatlar real siyasətdə iştirak etdiklərini nümayiş etdirirlər, lakin hakimiyyət təsisatları ilə mülkiyyət arasında qəti bölgüyə nail olduğumuzu hələ də deyə bilmərik. Hətta demokratikləşdirmə istiqamətində daha irəli getmiş Ukrayna və Moldova kimi ölkələrdə də vətəndaş idarəçiliyi və nəzarəti təsisatları qeyri-sabit və zəif olaraq qalır. Yeganə ümid ən yüksəkdə əyləşmiş “savadlı rəhbərin” iradəsinə və qüvvəsinə qalır.
Eyni zamanda, ölkəni Vladimir Putin, yaxud Dmitri Medvedev, İlham Əliyev və ya Nursultan Nazarbayev kimi təmkinli və müdrik şəxsiyyətlər idarə edirsə, zənnimizcə, bu sosial-siyasi sistemdə onların hakimiyyətinin nəticəsi hazırkı tarixi mərhələdə cəmiyyət üçün daha münasibdir. Bütün bunlar reytinqlərdə əksini tapır...
“Sabitlik” və “legitimlik” reytinqləri
Nəyə görə Somali, Sudan və Zimbabve reytinqlərin çoxunda sonuncu yerləri tuturlar? Ona görə ki, həmin ölkələrdə reallıqlar belədir. Bu ölkələrin hökumətləri qazanılmış uğurlar hesabına həmin dövlətləri reytinq cədvəlinin bir sektorundan digərinə keçirməyə keyfiyyətcə nail ola bilməyəcəklər. Bunu süni yolla, reytinq tərtib edənləri pul gücünə ələ almaqla, yalnız müəllifləri və reytinq agentliklərinin özlərini hörmətdən salmaqla etmək olar. Lakin qlobal ictimai şüurda reytinqin gücünü sarsıtmaq mümkün deyildir. Bu halda unutmamalıyıq ki, reytinqlər şkalası boyunca istər yuxarıya, istərsə da aşağıya doğru tərəddüdlər və sıçrayışlar normal haldır. Dövlətlərin reytinqdə “enmənin” mühüm mexanizmlərindən biri əhalinin etiraz reaksiyasıdır. Başqa sözlə desək, reytinqlər kütlələrin hakimiyyətə münasibətdə roluna və onların fikirlərinə çox həssasdır. Cəmiyyətdə mövcud ovqatı, əhalinin rejimə və onun sistemyaradıcı amillərinə münasibətini ölçmək çətindir. Lakin seçki prosedurlarında iştirak, vergi intizamına münasibət əhalinin hakimiyyətə münasibətini daha aydın əks etdirir.
Biz iki reytinqi təhlil edəcəyik. Birincisi - sabitlik reytinqidir. O, “Foreign Policy” jurnalı tərəfindən formalaşdırılıb. İkincisi, legitimlik reytinqidir. O, Portlend Universitetinin professoru Brüs Gilleyin “Hakimiyyət hüququ” adlı əsərində dərc edilmiş tədqiqatının nəticəsidir.
“Foreign Policy”in “sabitlik” reytinqi 2009-cu il yayın əvvəlində dərc edilib. O, aşağıdakı kateqoriyalarla əməliyyat aparır - “artan demoqrafik təzyiq”, “kütləvi miqrasiya”, “narazıların mövcud olması və qisasçılıq”, “zəka axını”, “iqtisadi inkişafın qeyri-bərabərliyi”, “iqtisadiyyatın vəziyyətinin kəskin pisləşməsi”, “qanunsuzluq və dövlətin kriminallaşması”, “insan hüquqlarının pozulması”, “başqa dövlətlərin müdaxiləsi və ya xarici siyasi subyektlərin təsiri”.
Bu reytinqdə ən yüksək mövqeyi (174-cü yeri) 21,2 bal toplamış İsveçrə, ən aşağı mövqeyi (1-ci yeri) isə qanunsuzluq və kriminallaşma kateqoriyasında maksimum qiymət almaqla 114,7 bal toplamış Somali tutur. Ondan sonra Zimbabve və Sudan gəlir. “Başqa dövlətlərin müdaxiləsi və ya xarici siyasi subyektlərin təsiri” kateqoriyasında maksimal qiymət və cəmi 108,6 bal toplamış İraq altıncı yerdədir, sonra Əfqanıstan gəlir. MDB ölkələri qrupu (aşağıdan-yuxarıya) özbəkistanla başlanır -31-ci mövqe, sonra Gürcüstan - 33-cü yer, Tacikistan - 37-ci, Qırğızıstan - 42-ci, Moldova - 54-cü, Azərbaycan 84,6 bal ilə 56-cı yeri tutur. “Miqrasiya” kateqoriyasında Azərbaycan maksimum bal toplayıb (indiyə qədər həll edilməmiş Dağlıq Qarabağ problemini nəzərə alsaq, bu aydındır, keçən il 57-ci yerdə Gürcüstan idi). çin 57-ci yeri tutur. Türkmənistan 59-cu yerdə qərarlaşıb (qiymətqoyanların fikrincə, bu fakt ölkədə idarəetmə rejiminin tezliklə dəyişməsinin mümkün olmamasına dəlalət edir), Belarus 66-cı, Rusiya 80,8 bal ilə 71-ci yeri tutur (insan hüquqlarının pozulması kateqoriyasında maksimal qiymət). MDB qrupunu Ermənistan (101-ci yer), Qazaxıstan (105-ci yer), Ukrayna (110-cu yer) tamamlayır.
“Foreign Policy” reytinqinin əlamətdar cəhəti ondan ibarətdir ki, bu məlumatlar qiymətlərin stereotiplərlə şərtlənmiş olmasını deməyə əsas yaradır. Aydındır ki, burada bəzən reallığın ziyanına işləyən formal demokratik prosedurların hipnozu hiss olunur. Məsələn, “kütləvi miqrasiya” kateqoriyasında Ukrayna ən aşağı bal - üç bal toplamış ölkələrdən biridir. Bu, reallığa uyğundurmu? Azərbaycana münasibətdə “başqa dövlətlərin müdaxiləsi” kateqoriyasında orta göstəricilər verilib. ölkə ərazisinin beşdə bir hissəsinin işğal altında olduğunu nəzərə alsaq, bu göstəricilər reallığa uyğundurmu?
Digər tərəfdən, həmin reytinqin reallıqdan tamam uzaq olduğunu da söyləmək olmaz. Gürcüstan “enmənin” ən əyani nümunəsi olub. Bir il ərzində bu ölkədə sosial vəziyyət praktiki olaraq dəyişməyib, lakin Cənubi Osetiyada münaqişə ucbatından ölkə Sudana və Zimbabveyə 24 mövqe yaxınlaşıb (33-cü yerdə qərarlaşıb).
İndi isə amerikalı tədqiqatçı, professor Brüs Gilleyin reytinqini nəzərdən keçirək. O, yüzlərlə mənbə (onlarca statistik məcmuə, ictimai rəy sorğusu, ekspert sorğuları, monitorinq qruplarının məruzələri) əsasında dövlətlərin icmal legitimlik reytinqini formalaşdırır. Gilley öz reytinqinin əsas kimi aşağıdakı mühüm kateqoriyalarını göstərir: “demokratiyadan razılıq”, “hakimiyyət orqanlarına etimad”, “xüsusi xidmətlərə etimad”, “dövlətin insanın fərdi hüquqlarına münasibəti”, “vergilərin ödənilməsində könüllülük”.
Gilley populyarlaşdırılmaq üçün kifayət qədər mürəkkəb olan tədqiqatında “mühüm” və “mühüm olmayan” qiymət kateqoriyalarını fərqləndirir. Bir qayda olaraq, bu qiymətlər məlumatların alınması üsullarına görə fərqlənir. Yuxarıda təsvir etdiyimiz kimi, ədədi göstəricilər və ya subyektiv sorğu qiymətləri ilə müqayisə et.
Alim “mühüm olmayan” (subyektiv) kateqoriyaları “mühüm” kateqoriyalara çevirmək metodikasını təklif edir. Bu, dövlətin oxşar göstəricilər üzrə qiymətlərinin bir neçə seriyasını tutuşdurmaqla, onun fikrincə, daha dəqiq nəticələr əldə etməyə imkan verir. Praktikada bu metodika “sistemə bəraət qazandıran baxışlar” göstəricilərinin və “siyasi zorakılıq səviyyəsi” kateqoriyasının korrelyasiyasına münasibətdə göstərilib. Reytinqə görə, Türkiyədə, Əlcəzairdə, İndoneziyada siyasi zorakılıq Azərbaycanda, Estoniya və Dominikan Respublikasında olduğundan yüksəkdir. Bu hal həmin ölkələrin “sistemin bəyənilməsi” kateqoriyasında yüksək mövqelər tutmasından irəli gəlir. Doğrudan da, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən əhalinin razılığı başqa ölçülərlə, o cümlədən əcnəbi ekspertlərin müşahidələri ilə də təsdiqlənir.
Tədqiqatçılar ədədi, yəni “mühüm” qiymətlərə keçdikdə qiymətləndirmə rəyləri baxımından xüsusilə əlverişli vəziyyətdə olan ölkələr öz mövqelərini əhəmiyyətli dərəcədə itirirlər. Tədqiqatçı öz nəticələrini bizim siyasi icmalçılar üçün şərh edərək bildirir ki, onun reytinqin yuxarı hissəsində yer tutan ölkələrdə konstitusion qayda daha sabit, siyasi qeyri-sabitlik daha aşağı və demokratiya daha keyfiyyətlidir. Gilley nəticələrin müəyyən qədər subyektiv olmasını etiraf edir. Professor deyir: “Biz regional reytinqlərə müraciət edəndə dövlətlərin sıyahıda yerləşmə qaydası bir qədər qeyri-müəyyən olur, lakin intuitiv səviyyədə ümumi mənzərə ağlabatan olaraq qalır”. Başqa sözlə desək, bu qiymətlərin düzgün olduğunu güman etmək üçün sübut bazası mövcuddur. Gilleyin reytinqinin ümumi mənzərəsindən xeyli kənara çıxan iki dövlət var. Bunlar tədqiqatçının yazdığı kimi, postsovet məkanının demokratik ölkəsi olan Azərbaycan və “dünyada sonuncu böyük kommunist diktaturası” olan çindir. Hər iki ölkə yüksək legitimlik göstəricilərinə nail olub. Bu, öz geosiyasi regionlarında və dünyanın qalan hissəsində qərarlaşmış demokratiyalardan xeyli yüksəkdir (bax: 1 və 2 saylı cədvəllər).
ölkənin real həyatı və onun əksi
Reytinqdə nəticələr arasında çox böyük pərakəndəlik olur. Biz reytinqlərdə həm cəlbedici, həm də qıcıqlandırıcı nəticələr tapa bilərik. “Xəstəxana üzrə orta hərarət” deyilən məşhur effekt bu cür tədqiqatlarda həmişə özünü göstərir. Lakin indikatorların sayı, reytinqlərin tərtib edilməsi üçün toplanmış obyektiv məlumatlar nə qədər çox olsa, biz proses haqqında bir o qədər çox obyektiv təsəvvür əldə edərik. Azərbaycan iqtisadi təhlükəsizliyin və sabitliyin bərqərar olunması sahəsində ciddi uğurlar qazanıb. Məlum obyektiv şəraitə görə ölkənin əsas ixracını hələlik neft və qaz təşkil edir. Lakin ölkənin hakimiyyəti iqtisadiyyatın şaxələndirilməsi xəttini ardıcıl inkişaf etdirir. Əlbəttə, neftin qiymətinin aşağı düşməsi üDM artımını azaldacaq, çünki ixracın həcmi əvvəlki səviyyədə qalacaq. Lakin Azərbaycan iqtisadiyyatının digər sektorlarında potensial imkanlar çox böyükdür. Son bir neçə ildə İlham Əliyev iqtidarının həyata keçirdiyi islahatlar kənd təsərrüfatı, kiçik və orta biznes sahələrində artıq mühüm nəticələr verib. Nəqliyyat kommunikasiyalarının inkişaf layihələri uğurla həyata keçirilir. Azərbaycanın (məsələn Rusiyadan fərqli olaraq) demək olar ki, iri korporativ borcu yoxdur, kreditlərin əksəriyyəti dövlət tərəfindən məhz əsas fondlara - yollara, suvarma sistemlərinə, şəhər kommunikasiyalarına sərf edilib. Bütün bunlar həyatın keyfiyyətində də özünü göstərir. Azərbaycanın qeyri-neft sektorunda üDM artımı 15,7 faiz olub. Postkommunist ölkələrinin heç biri bu cür artımla qürrələnə bilməz...
ümumdünya İqtisadi Forumu (üİF) tərəfindən 2009-2010-cu illər üçün tərtib edilmiş qlobal rəqabət qabiliyyəti icmalı (Global Kompetitiveness Report) Azərbaycanı MDB ölkələri arasında birinci yerə çıxarıb (bax: cədvəl 3). Bir il ərzində Azərbaycan biznes fəallığının səviyyəsindən başlamış əhalinin sağlamlığı və savadlılığı səviyyəsinə qədər bütün təhlil kateqoriyaları üzrə nəticələri dəyişərək birdən-birə 18 bənd yüksəlib. Qazaxıstan və Latviya (müvafiq surətdə 67-ci və 68-ci yerlər) az fərqlə sonrakı yerləri tuturlar. Ukrayna birdən-birə 10 bənd itirərək 82-ci sətirə düşüb. Rusiyanın reytinqi 51-ci yerdən 63-cü yerə düşüb...
Azərbaycanda makroiqtisadi sabitlik, dövlət borcunun və büdcə kəsirinin həcminin aşağı olması kimi müsbət amillər qeydə alınıb. Büdcə kəsirinin aşağı olması, inkişaf etmiş və keyfiyyətli nəqliyyat infrastrukturu, fəal yol tikintisi, telekommunikasiya xidmətlərinin artması, səhiyyənin və təhsilin keyfiyyəti kimi mühüm rəqabət üstünlükləri qeydə alınıb. Azərbaycan korporativ borc probleminin nə demək olduğunu praktiki olaraq bilmir. Siyasi müstəviyə gəldikdə isə, burada Azərbaycanın göstəricilərini vətəndaş nəzarəti və iştirakı mexanizmlərinin inkişafı mərhələsində olan başqa dövlətlərin müvafiq göstəriciləri ilə müqayisə edilə bilər...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

