Azərbaycanda ən müasir standartlara cavab verən nəqliyyat sistemi yaradılmaqdadır
23.04.2010 [09:57]
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələrin miqyası hər il genişləndirilərək paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaratmaqdadır. Son illərdə nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı həyata keçirilən layihələrə yönəldilən investisiyaların həcmi də əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Bu isə, nəqliyyat sektorunda inkişaf templərinin daha da dərinləşməsinə və bu sahənin qeyri-neft bölməsində xüsusi çəkisinin yüksəlməsinə səbəb olub. Son 6 ildə yol-nəqliyyat sektorunda inkişaf tempi digər sahələrlə müqayisədə daha böyük göstəricilərlə müşayiət olunub. 2004-2009-cu illərdə nəqliyyat sektorunda 3 dəfədən çox artım qeydə alınıb.
2010-cu ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və genişşəbəkəli nəqliyyat sisteminin yaradılması ilə bağlı tədbirlərin intensivləşdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, nəqliyyat sektorunda bütün layihələr vaxtında başa çatdırılmalıdır. “Bu ilin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələri başa çatdırılmalıdır. Bu layihələr çox geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə yollar salınır. Bu il İpək yolu, yəni, Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir”.
Dövlət başçısı nəqliyyat bölməsində xidmət səviyyəsinin yüksəldilməsi və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələrin icrasını daim diqqət mərkəzində saxlayıb. Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkəmiz və region dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən transmagistral layihələrin - Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı işlər davam etdirilib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev yol-nəqliyyat sektorunda həyata keçirilən işləri daim diqqət mərkəzində saxlayır və bu sahədə icra olunan layihələrin həm təməlqoyma, həm də açılış mərasimlərində iştirak edir. Dövlət başçısı təkcə 2009-cu il və 2010-cu ilin ötən ayları ərzində regionlara 27 dəfə səfər edib və 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak edib. Həmin obyektlərin sırasında yol-nəqliyyat layihələri xüsusi üstünlük təşkil edir.
2010-cu ildə prioritet layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi avtomobil yollarının tikintisi layihələri mühüm yer tutur. Həmin layihələrin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bu il Ələt qəsəbəsində regionda ən iri dəniz limanının tikilməsi və bütün növ gəmilərin inşa edilməsi üçün müasirtipli gəmiqayırma zavodunun təməlinin qoyulması da planlaşdırılır. ümumiyyətlə, paytaxtda və regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində milyonlarla manat həcmində investisiya yatırılacaq.
Onu da qeyd edək ki, bu sahədə dinamizm elementlərini möhkəmləndirən əsas amillərdən biri, Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulmasıdır. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur. Bu tipli nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit mərkəzinə çevrilməsinə səbəb olacaq, eyni zamanda, xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdəki turizm sektoruna marağın artmasına mühüm təsir göstərəcək. Böyük İpək Yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrilməsinə səbəb olacaq.
Prezident İlham Əliyev qeyd edib ki, nəqliyyat sektoru ilə bağlı uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, hər bir rayonun, ucqar yaşayış məntəqəsinin yol infrastrukturunun yaxşılaşdırılması həyata keçiriləcək: “Elə etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir olunsun. Bu sahə yerli icra orqanlarının sərəncamındadır. Onlara da lazımi səviyyədə vəsait verilməlidir ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər bələdiyyələrin xətti ilə görülməlidir”.
Onu da qeyd etmək lazımdır ki, bölgələrdə həyata keçirilən yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı layihələr dövlət investisiya xərcləri ilə yanaşı, həm də hər bir rayonun ayrıca inkişaf planına uyğun olaraq reallaşdırılır. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlərə uyğun olaraq, bir neçə rayonun özünün inkişafına dair tədbirlər planı barədə müvafiq sərəncamlar imzalayıb. Bu isə, həmin rayonlarda bütün növ infrastruktur təminatının, o cümlədən, yol-nəqliyyat infrastrukturunun ən yüksək səviyyədə yerinə yetirilməsinə əlverişli şərait yaratmış olur.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm prioritetlərindən biri, respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və genişşəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır. ötən illər ərzində nəqliyyat bölməsində əldə olunmuş uğurlu nəticələr, bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2009-cu illər ərzində, regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 150 km-dən çox yeni magistral yol çəkilib. Eləcə də, 1000 km-dən artıq magistral, 800 km-dən çox respublika əhəmiyyətli və 3000 km-ə yaxın yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddətdə təxminən 70-dən çox yeni körpü tikilib, 40-a yaxını isə təmir edilib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01

