Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı var
13.05.2010 [10:47]
Xəbər verdiyimiz kimi, mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edib: “Hörmətli cənab Prezident! Xanımlar və cənablar! Hörmətli qonaqlar! Sizləri bu möhtəşəm sarayda səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq hər il may ayının 10-da biz dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü qeyd edirik. Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycana, Azərbaycanın inkişafına yönəlmişdir. Səksən il sürən bu şərəfli həyat hər birimizin taleyində silinməz iz qoyub. Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və Onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik. Əziz qonaqlar, bu gün Heydər Əliyev Fondunun yaradılmasından 6 il ötür. Fondu yaradarkən biz nə qədər məsuliyyətli işə qədəm qoyduğumuzu çox yaxşı dərk edirdik. İlk gündən əməllərimizlə bu yüksək ada layiq olmağa çalışmışıq. Altı il ərzində Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində iştirak edərək, bir çox nailiyyətlər əldə edib. Bu axşam Fondun fəaliyyətindən ətraflı məlumat veriləcək. Mən yalnız onu demək istərdim ki, görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Bu, yüzlərlə yeni inşa olunmuş məktəblər və təmir olunmuş, müasirləşmiş uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləridir, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi ilə bərpa olunan tarixi və dini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər, konsert hollarıdır. Bu, Fondun uğurlu sosial proqramının icra olunması nəticəsində yeni salınan parklar, yollar, çəkilən su, işıq və qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində nəşr olunmuş yüzlərlə kitablar, bröşürlər, foto və videoalbomlardır. Bu, Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi bu, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə normal sağlam həyata qayıtmış insanlardır. Bir sözlə, 6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda hörmət, inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir. Əziz qonaqlar, sonda bir daha sizi 9 və 10 may bayramları münasibətilə ürəkdən təbrik edirəm. ümidvaram ki, bugünkü axşam sizə xoş anlar və duyğular bəxş edəcəkdir. Diqqətinizə görə çox sağ olun”.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Dövlətimizin başçısı deyib ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edib. Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşıb, - deyən Prezident İlham Əliyev bildirib ki, Ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıb və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub.
“Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi” - deyən, Prezident İlham Əliyev vurğulayıb ki, Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıdıb, respublikada irimiqyaslı layihələrin icrasına başlanıb, bütün sahələrdə inkişaf meyilləri güclənib: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə Onun bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi. ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi. Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır”.
1993-2003-cü illərin Azərbaycanın
gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, Ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və Ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunub. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcək. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. Biz ümummilli liderimizə sadiqik, - deyən Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq: “1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. çünki Azərbaycanın gələcəyi həll olunurdu. Xalqımız, nəhayət uzun onilliklər, əsrlərdən sonra müstəqillik şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan xalqı başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır, bəzi dövrlərdə müstəmləkə kimi yaşamışdır. Ancaq öz milli mənliyini, milli ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz bu möhkəm əsas üzərində quruldu. Bütün başqa sahələrdə gördüyü işlərlə bərabər, dövlət quruculuğu Heydər Əliyev tərəfindən görülən işlərin arasında ən yaddaqalandır. Məhz Onun fəaliyyəti nəticəsində Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan dövləti quruldu və bu gün də uğurla yaşayır, inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqı üçün yeni imkanlar açır. Məhz həmin 10 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, Azərbaycan dünya birliyinə çox uğurla inteqrasiya edə bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanındı. O illərdə bütün sahələrdə inkişaf, canlanma və tərəqqi müşahidə olunurdu. Bir də demək istəyirəm ki, o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən edilmişdir. Ən önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Mən yaxşı xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir. Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur”.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub. Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qalibləri elan edilib. “Qızıl çinar” beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim edib. Milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq Artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub. Arif Babayev təşəkkür edərək deyib ki, Ulu öndərimiz bizim sənət adamlarına həmişə öz qiymətini verib, öz hörmətini bildirib, mədəniyyətimizə olan xüsusi töhfələri aşılayıb. İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın sevimlisi, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev davam etdirir: “Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə qaldırmısınız. çox sağ olun. Başqa tərəfini saysam burada vaxt qalmaz. Bu gün bu mükafat Ulu öndərimizin ad günündə mənə təqdim olunur. Bu, mənim həyatımda unudulmaz bir gün oldu. çox sağ olun, var olun”.
Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim edilib. Hana Singer təşəkkürünü bildirib.
Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib. Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo, habelə xanım Aylin Peres və beynəlxalq müsabiqələrin laureatları Dinara Əliyeva konsertdə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər. Heydər Əliyev Fondunun 6 illiyi münasibətilə təşkil olunan xüsusi mərasimdə iştirak etməkdən böyük şərəf hissi duyduğunu bildirən Plasido Dominqo Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa edib. O, bu ifasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf etdiyini deyib. Konsertdən sonra Plasido Dominqo Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb.
Xəbər lenti
Hamısına baxHadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27

