/ / Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra paytaxt sakinlərinin istifadəsinə verilib
Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra paytaxt sakinlərinin istifadəsinə verilib
03.07.2010 [10:26]
Dünən Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olublar.
XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı artıq əsaslı bərpa və yenidənqurma işlərindən sonra daha gözəl və daha orijinal formada paytaxt sakinlərinin istifadəsindədir. Amma bu istirahət məkanı bir çox dövrlərdə baxımsızlıqdan əziyyət çəkib. Zəngin bitki örtüyünə malik olan bu bağda illərin baxımsızlığı öz izini qoyub. Bundan əlavə, buradakı zövqsüz iaşə obyektlərinin mövcudluğu bir çox hallarda ərazinin təyinatını da dəyişib. Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı bu bağın da tarixi şöhrətini qaytarmağa imkan verib. Dövlətimizin başçısının paytaxtın inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi bağ və parkların yenidən qurulmasına göstərilən diqqət və qayğı Fəvvarələr meydanının timsalında daha aydın görünür. Burada tikinti və yenidənqurma işlərinin gedişi hər zaman dövlətimizin başçısının diqqətində olub. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanıb, yenidənqurma prosesinin meydanın orijinal üslubu saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirib.
Məlumat verilib ki, yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. Meydandakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub, bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yenidənqurma nəticəsində yaşıllıq zolağının sahəsi artırılıb.
Bildirilib ki, Fəvvarələr meydanı salınandan sonra ilk dəfədir burada bu miqyasda abadlıq və yenidənqurma işləri aparılıb. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirilib. ümumi struktur saxlanılıb, bununla belə, yeni planlaşdırma işləri aparılıb. Burada gözəlliyi ilə diqqəti çəkən yeni fəvvarə tikilib. Onun arxasındakı memarlıq kompozisiyası isə həm dizaynına, həm də koloritinə görə köhnə Bakı elementlərini özündə cəmləşdirməsi ilə diqqəti çəkir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Fəvvarə” restoran-kafesində yaradılan şəraitlə də tanış olublar.
Bildirilib ki, burada paytaxt sakinlərinin, qonaqların istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.
Yeni ağacların əkilməsi, ərazinin bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması Fəvvarələr meydanına xüsusi yaraşıq verir.
Diqqətə çatdırılıb ki, meydanda müxtəlif dizaynda bir neçə fəvvarə kompleksi yaradılıb.
Dövlətimizin başçısına meydanı əhatələyən binalarda aparılan bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, bu binaların hamısı tarixi memarlıq tikililəridir və binalarda aparılan bərpa işləri ərazinin ümumi memarlıq ansamblına uyğunlaşdırılıb. Binalardakı eyvanların hamısı yenilənib, fasadlarda müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt sakinlərinin “Kitab pasajı” kimi tanıdığı ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olublar. Buradakı memarlıq abidələri olan bütün binalarda, küçəni hər iki tərəfdən əhatə edən tağlı keçidlərdə yenidənqurma işləri görülüb. Tağlı keçidlərin tavanında Bakı memarlığını əks etdirən tablolar çəkilib.
Dövlətimizin başçısı və xanımı “Xaqani” bağında da aparılmış yenidənqurma işləri ilə də maraqlanıblar. Qeyd olunub ki, bu bağda yaşıllıq zolağının artırılmasına xüsusi diqqət göstərilib, istirahət guşəsinin əvvəlki koloriti qorunub saxlanılıb. Tərtibatında müxtəlif bəzək elementlərindən istifadə olunan bağda xüsusi formalı fəvvarə də əvvəlki görkəmində saxlanılıb.
Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud olanlarda abadlaşdırma işlərinin aparılması hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində salınan yeni parka və burada yaradılan fəvvarəyə də baxıblar.
Dövlətimizin başçısının diqqətinə ərazinin əvvəlki görüntüləri də təqdim olunub. Bildirilib ki, aparılan abadlıq və yenidənqurma işləri zamanı burada yeni parkın salınması ilk növbədə paytaxt sakinlərinin mənalı istirahətinə xidmət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami küçəsində davam edən yenidənqurma işlərinin gedişi ilə maraqlanıblar. Bildirilib ki, artıq burada yenidənqurma işləri başa çatmaq üzrədir. Məlumat verilib ki, ərazidə əhalinin rahat hərəkətini təmin etmək üçün yeni piyada keçidi də inşa edilib. Bununla da paytaxtın böyük bir ərazisində yüksək keyfiyyyətlə yenidənqurma işlərinin aparılması məqsədinə nail olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

