Həmrəylikdən Zəfər Qurultayına...
19.04.2022 [09:57]
Dünya Azərbaycanlıları Şuşaya yığışacaq
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Heydər Əliyev
Dünya Azərbaycanlılarının I Qurultayı,
Bakı, 9-10 noyabr, 2001-ci il
Müşfiqə BAYRAMLI
Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür. Qəhrəman xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının 31-ni böyük coşqu ilə qeyd edir.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Dillər əzbərinə çevrilmiş kəlam
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.
Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.
Hər bir azərbaycanlının prezidenti...
Ulu Öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirilir. Azərbaycan Prezidentinin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” sözləri həmrəyliyimizi daha da möhkəmləndirib. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının II Qurultayı 2006-cı il martın 16-da, III Qurultay isə 2011-ci il iyulun 5-də baş tutmuşdu.
2016-cı il iyunun 3-də Heydər Əliyev Mərkəzində keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində Prezident diasporla əlaqədar olduqca vacib və strateji məsələlərə toxunmuşdu. İlham Əliyev diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı demişdi: “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək”.
Dəmir yumruq qüdrətini bütün dünyaya göstərdi
Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşadı. Artıq bu həsrətə son qoyuldu, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşdi.
Məhz Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz nəticəsində xalqımızın, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmləndirildi.
Bu Qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal olmaqla respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsində böyük rol oynayırlar. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Qurultay tarixində ilk...
Öz növbəsində, Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Tarixdə ilk dəfə Qurultay Qarabağda - Şuşada keçiriləcək. Bu, özlüyündə böyük siyasi əhəmiyyəti olan tarixi hadisədir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavid İsmayıl deyir ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq: “Azərbaycan 31 ildir ki, öz müstəqilliyini bərpa edib. İndiyə qədər keçirilən 4 Qurultayın hamısı Bakı şəhərində keçirilib. Bu baxımdan, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının çox böyük tarixi və siyasi əhəmiyyəti var. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Bundan başqa, tədbirdə Prezident İlham Əliyevə və dünya azərbaycanlılarına müraciət ediləcək. Qurultay zamanı Qətnamənin qəbul ediləcəyi, eləcə də Ermənistanın işğal dövründə torpaqlarımızda törətdiyi ekoloji terror və maddi-mədəniyyət abidələrinin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciəti də gözlənilir.
Qeyd olunub ki, yerlərin məhdud sayda olması ucbatından tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir: “Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanışlıq baş tutacaq”.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 09:10
Dünya
11 Oktyabr 08:43
Dünya
11 Oktyabr 08:38
Ədəbiyyat
11 Oktyabr 08:12
Sosial
11 Oktyabr 07:48
Sosial
11 Oktyabr 07:14
Hadisə
10 Oktyabr 23:55
COP29
10 Oktyabr 23:33
İqtisadiyyat
10 Oktyabr 23:14
Sosial
10 Oktyabr 22:59
İdman
10 Oktyabr 22:38
Hərbi
10 Oktyabr 22:16
Mədəniyyət
10 Oktyabr 21:56
Siyasət
10 Oktyabr 21:40
Siyasət
10 Oktyabr 21:38
Dünya
10 Oktyabr 21:35
Sosial
10 Oktyabr 21:18
Dünya
10 Oktyabr 21:12
İqtisadiyyat
10 Oktyabr 20:47
Elm
10 Oktyabr 20:36
Gündəm
10 Oktyabr 20:20
Gündəm
10 Oktyabr 20:18
İdman
10 Oktyabr 20:15
İqtisadiyyat
10 Oktyabr 19:54
Diaspor
10 Oktyabr 19:32
İqtisadiyyat
10 Oktyabr 19:11
Siyasət
10 Oktyabr 18:56
Xəbər lenti
10 Oktyabr 18:49
Dünya
10 Oktyabr 18:29
Xəbər lenti
10 Oktyabr 18:07
Dünya
10 Oktyabr 17:52
İdman
10 Oktyabr 17:31
Xəbər lenti
10 Oktyabr 17:09
Xəbər lenti
10 Oktyabr 16:53
Xəbər lenti
10 Oktyabr 16:32
Xəbər lenti
10 Oktyabr 16:17
COP29
10 Oktyabr 16:11
Xəbər lenti
10 Oktyabr 15:49
Xəbər lenti
10 Oktyabr 15:40
Mədəniyyət
10 Oktyabr 15:29
İdman
10 Oktyabr 15:18
Siyasət
10 Oktyabr 15:00
Dünya
10 Oktyabr 14:58
YAP xəbərləri
10 Oktyabr 14:26
Mədəniyyət
10 Oktyabr 13:44
Sosial
10 Oktyabr 13:13
İdman
10 Oktyabr 12:55
Xəbər lenti
10 Oktyabr 12:53
Sosial
10 Oktyabr 12:46
YAP xəbərləri
10 Oktyabr 12:36
YAP xəbərləri
10 Oktyabr 12:30
COP29
10 Oktyabr 12:25
Sosial
10 Oktyabr 12:08
Siyasət
10 Oktyabr 12:05
Sosial
10 Oktyabr 12:04
Hərbi
10 Oktyabr 12:03
Hadisə
10 Oktyabr 11:51
Sosial
10 Oktyabr 11:39
Sosial
10 Oktyabr 11:37
İqtisadiyyat
10 Oktyabr 11:37
Gündəm
10 Oktyabr 11:35
Xəbər lenti
10 Oktyabr 11:34
Gündəm
10 Oktyabr 11:33
Sosial
10 Oktyabr 10:42
İdman
10 Oktyabr 10:39
İqtisadiyyat
10 Oktyabr 10:30
İdman
10 Oktyabr 10:28
Hadisə
10 Oktyabr 10:27
Elm
10 Oktyabr 10:27
Hadisə
10 Oktyabr 10:26