Zəngəzur dəhlizi açılır
25.05.2022 [10:01]
Böyük iqtisadi potensiala malik region birləşəcək
Nurlan QƏLƏNDƏRLİ
Mayın 23-də Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı toxunulan məsələlərdən biri regionda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası oldu. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirdi.
Yeni mərhələ - yeni fürsət
44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir.
Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.
Geosiyasi iradənin və prinsipial mövqeyin nəticəsi
Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışırdı. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Bakı strateji təşəbbüsləri və fəaliyyəti ilə sülh gündəliyini, regional geostrateji gündəmi müəyyənləşdirdi - İrəvanı konstruktiv mövqeyə məcbur etdi. Budur, Prezident İlham Əliyevin, Şarl Mişelin və Nikol Paşinyanın Brüsseldə üçüncü üçtərəfli görüşü zamanı Zəngəzur dəhlizi ilə əlaqədar ortaq mövqe bildirildi - razılıq əldə olundu. Şarl Mişel görüşün nəticələri ilə əlaqədar mətbuata açıqlamasında bu məsələyə toxunaraq “Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər” ,- deyə bildirdi.
Həm Azərbaycan, həm region dövlətləri, həm də...
Azərbaycan bu istiqamətdə strateji fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir.
1.1 trilyon dollardan çox...
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq: “Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
Türk dünyası uzun müddət sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.
Xəbər lenti
Hamısına bax
Dünya
24 İyun 21:45

Xəbər lenti
24 İyun 21:44

Gündəm
24 İyun 19:26

Xəbər lenti
24 İyun 19:20

Xəbər lenti
24 İyun 19:14

Xəbər lenti
24 İyun 19:12

Xəbər lenti
24 İyun 19:10

Xəbər lenti
24 İyun 18:00

Xəbər lenti
24 İyun 17:48

Xəbər lenti
24 İyun 16:57

Xəbər lenti
24 İyun 16:40

Siyasət
24 İyun 16:36

Xəbər lenti
24 İyun 15:46

YAP xəbərləri
24 İyun 15:45

Xəbər lenti
24 İyun 15:11

Xəbər lenti
24 İyun 15:09

Xəbər lenti
24 İyun 14:30

Xəbər lenti
24 İyun 14:18

Xəbər lenti
24 İyun 14:04

Xəbər lenti
24 İyun 14:03

Xəbər lenti
24 İyun 13:56

Xəbər lenti
24 İyun 13:55

Xəbər lenti
24 İyun 13:48

Xəbər lenti
24 İyun 13:44

Siyasət
24 İyun 13:39

Xəbər lenti
24 İyun 13:31

Xəbər lenti
24 İyun 13:26

Xəbər lenti
24 İyun 12:46

Xəbər lenti
24 İyun 12:41

Xəbər lenti
24 İyun 12:19

Xəbər lenti
24 İyun 12:17

Xəbər lenti
24 İyun 12:05

Xəbər lenti
24 İyun 12:00

Xəbər lenti
24 İyun 11:31

Xəbər lenti
24 İyun 11:27

İqtisadiyyat
24 İyun 11:25

Xəbər lenti
24 İyun 11:04

Xəbər lenti
24 İyun 11:01

Turizm
24 İyun 10:46

Mədəniyyət
24 İyun 10:44

Mədəniyyət
24 İyun 10:38

Siyasət
24 İyun 10:36

Xəbər lenti
24 İyun 10:35

Xəbər lenti
24 İyun 10:32

Analitik
24 İyun 10:30

Xarici siyasət
24 İyun 10:28

İqtisadiyyat
24 İyun 10:20

Siyasət
24 İyun 10:17

MEDİA
24 İyun 10:13

Siyasət
24 İyun 10:11

İqtisadiyyat
24 İyun 10:07

İqtisadiyyat
24 İyun 10:04

Prezident bu gün
24 İyun 10:00

Gündəm
24 İyun 09:53

Xəbər lenti
24 İyun 09:02

Dünya
23 İyun 23:47

Xəbər lenti
23 İyun 22:01

Gündəm
23 İyun 21:12

Xəbər lenti
23 İyun 21:07

Xəbər lenti
23 İyun 20:09

Xəbər lenti
23 İyun 19:04

Dünya
23 İyun 17:43

YAP xəbərləri
23 İyun 17:25

Xəbər lenti
23 İyun 17:11

Xəbər lenti
23 İyun 16:41

Xəbər lenti
23 İyun 16:06

Xəbər lenti
23 İyun 15:35

Siyasət
23 İyun 15:26

Xəbər lenti
23 İyun 15:19

Xəbər lenti
23 İyun 15:15
