Əsas hədəflərdən biri...
21.06.2022 [10:01]
Qarabağda dini abidələrin və məscidlərin bərpa edilməsidir
Nardar BAYRAMLI
Ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzə qədər davam edir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiqdir. Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği dövlətin prioritetlərindən biri olub. Şübhəsiz ki, Azərbaycanın dövlət-din münasibətləri zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca təminatlarından biridir desək, yanılmarıq. Bu gün Azərbaycan dünyada müxtəlif dinlərin mədəni irsinin qorunub saxlanıldığı məkanlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail ola bilib.
Ümumiyyətlə, Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı, dini tolerantlıq, multikulturalizm, o cümlədən dini dəyərlərimizə olan münasibətlər daim cəmiyyətimizin diqqət mərkəzində olub. Ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətinin davamı olaraq Azərbaycan dəfələrlə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub.
Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, ölkəmizin tolerantlıq modeli dünyanın bir çox universitetlərində öyrənilir. Eyni zamanda, Azərbaycanda dini abidələrin, məscidlərin, məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə “Təzəpir”, “Bibiheybət”, “Cümə” və “Şamaxı” məscidlərinin tam əsaslı bərpasının həyata keçirilməsi birbaşa Azərbaycan xalqının milli dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin və xalqının həmişə diqqət mərkəzindədir.
Onu da qeyd edək ki, otuz il həsrətində olduğumuz Qarabağ müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunduqdan sonra nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri məhz dini abidələrin, məscidlərin, qədim abidələrinin bərpasıdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfər edərkən bərpa edilən məscidlərə də baş çəkir, görülən işlərlə yerindəcə tanış olurlar. Bu ərazilərdəki məscidlərin, dini abidələrin bərpasını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirir. Ümumiyyətlə, Cənubi Qafqazın ən böyük xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən layihələr, həmçinin xalqımızın mənəvi dəyərlərinin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərlik ruhunda yetişməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, Fondun multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiq hal kimi ölkəmizdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.
Çox mühüm məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən quruculuq işlərinin görülməsi, tarixi, dini və mədəni abidələrin bərpasıdır. Qeyd etdiyimiz kimi, erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınan tarixi-dini abidələrimiz Fondun dəstəyi ilə yenidən tikilib bərpa olunmaqdadır. Uzun illərdən bəri erməni əsarətində qalan Ağdamın “Cümə”, Şuşanın “Yuxarı Gövhər ağa”, “Aşağı Gövhər ağa”, “Saatlı” məscidlərinin, eyni zamanda, “Yuxarı Gövhər ağa” məscidinin həyətində yerləşən mədrəsənin bərpa olunaraq əvvəlki görünüşünə geri qaytarılması bu istiqamətdə aparılan ilkin işlər sırasındadır. Şuşa şəhərində yeni məscidin inşasına da start verilib. Eləcə də, Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin tikintisi prosesi başlayıb. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Fondun rəhbəri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Yeri gəlmişkən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı da bu istiqamətdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini davam etdirməkdədir. Belə ki, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib. İşçi qrupun üzvləri səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən, dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin körpülərinə, Cəbrayıl rayonu ərazisində Sultan Allahverdi hamamına və Daşkəsən kəndində məscidə baxış keçiriblər. Baxış zamanı, eləcə də onun nəticələrinə dair Şuşa şəhərində keçirilən müzakirələrdə abidələrin mühafizəsi, qorunması, bərpası və inkişafı üzrə alim-mütəxəssislərin rəyi dinlənilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıblar.
Daha sonra işçi qrup Zəngilan rayonuna səfər çərçivəsində Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər memarlığının ən qiymətli abidələrindən biri olan “Şəhri Şərifan”a baxış keçirib. İşçi qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq bağçası və məktəblə tanış olub, heyətə “Ağıllı kənd” haqqında ətraflı məlumat verilib. Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupun Ağalı kəndində iclası keçirilib. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirib, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr aparılıb.
Beləliklə, Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrin, məscidlərin bərpası və yenidən qurulmasıdır. Bu istiqamətdə sistemli tədbirlər davam etdirilir.
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 İyun 00:24

Xəbər lenti
02 İyun 23:00

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20
