Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İlham Əliyev: Tərcüməçiyə ehtiyac yoxdur!

İlham Əliyev: Tərcüməçiyə ehtiyac yoxdur!

24.06.2022 [09:53]

Təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı

Hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur 

Türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər

“Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. İlham Əliyevin Özbəkistanda dövlət səfərində olarkən səsləndirdiyi bu fikir tarixi, mədəni, mənəvi və siyasi məzmuna malikdir.

Daşkənddən Türk dünyasına (və dünyaya) xitabən...

Azərbaycan Prezidenti ölkənin və bölgənin tarixini, çağımızın reallıqlarını və perspektivləri ifadə edən bir çox ictimai-siyasi hitlərin (“Qarabağ Azərbaycandır!” və s.) müəllifidir. Onun Daşkənddə Türk dünyasına (və dünyaya) xitabən “Tərcüməçiyə ehtiyac yoxdur”, deyə bəyan və çağırış etməsi - mesaj verməsi isə təkcə Azərbaycan-Özbəkistan münasibətləri timsalında yox, türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri əks etdirir.

Bu, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına praktik məzmun verən, bir millətin bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə baxışını  tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm mədəni, həm də mənəvi-siyasi, könül-can bağlılığının məğzi, leytmotividir desək,  yanılmarıq. Bu, təkcə günün, gündəmin sözü deyil, həm də qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir. 

“Tərcüməçiyə ehtiyac yoxdur” fikri dövlətimizin başçısının təbiri ilə desək, xalqlarımızın bir-birinə nə qədər yaxın olduğunu, eyni mədəni dəyərlərin daşıyıcısı olmasını əks etdirir. İkincisi, yenə İlham Əliyevin sözləri ilə ifadə etsək, Türk mədəniyyətini tərənnüm edir (təkcə iki ölkə arasındakı mənəvi bağlılığı yox). Üçüncüsü isə, türk dövlətlərinin bütün məsələlərdə anlaşa (tərcüməyə ehtiyac olmadan) və birlikdə hərəkət edə, ortaq siyasi iradə nümayiş etdirə bildiyini (və biləcəyini) göstərir.

Dövlət başçısı “Tərcüməçiyə ehtiyac yoxdur” deyərkən türk dövlətlərinin münasibətlərinin mənəvi dəyərlərə, mədəni bağlılığa əsaslanan siyasət əsasında inkişafını nəzərdə tutur - diqqətə çatdırır. Qüsursuz yanaşma - mükəmməl təsbit və təsvirdir. Çünki Türk dünyasından - türk dövlətlərinin əlaqələrindən danışanda iqtisadi, siyasi amillərdən öncə tarixi, mənəvi dəyərlər, mədəniyyət nəzərdə tutulur.  Mədəniyyət isə geniş anlayışdır, mənəvi hadisədir, özündə tarixi də, siyasəti də ehtiva edir. Ona görə də türk dövlətlərinin mədəniyyət üzərində qurulan - inşa olunan birliyinin siyasi müstəvidə möhkəmlənməsi fərqli və müstəsna haldır. Soy-kökün, dinin, dilin birliyi siyasi birliyi gücləndirir - münasibətlərin sarsılmazlığını təmin edir. Tarix isə təsdiq edir - türk dövlətlərinin bu formul əsasında uğur qazanmasını, birlikdə yüksəlişini və gələcək hədəflərə doğru addımladığını.

Türk dünyasının bütövlüyü naminə: hədəflər reallığa çevrilir

2009-cu ilin oktyabr ayında Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin Dövlət Başçılarının IX zirvə görüşü əlamətdar hadisə, hətta dönüş nöqtəsi oldu. Bu, sözün əsl mənasında, tarixin mühüm anı - kritik və taleyüklü məqamıydı. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanması, Naxçıvan Bəyannaməsinin qəbul edilməsi yeni strateji yol xəritəsinin müəyyənləşdirilməsi, yaxud uzaq hədəflərə aparan uzun yolun başlanğıcı idi.

Təbii ki, Şuranın fəaliyyətə başlaması eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Amma perspektiv - daha mühüm strateji hədəflər var idi: Türk dünyasının bütövlüyünü təmin etmək, türkdilli ölkələri öz çətiri altında birləşdirən təşkilatı regional və beynəlxalq güc mərkəzinə çevirmək. Bunun üçün ilk növbədə, ortaq mövqe və məqsədyönlü fəaliyyət tələb olunurdu. Yalnız bu halda 100 illik regional geostrateji arxitekturanı dəyişdirmək, bölgədə yeni siyasi nizam yaratmaq  mümkün olacaqdı.

İlham Əliyev 2009-cu ildə keçirilmiş Zirvə toplantısında hədəfləri, istiqamətləri dəqiq müəyyənləşdirmiş və göstərmişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni Türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.

Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma rolunda çıxış etdi. Zirvə görüşlərində mühüm qərarların qəbul və icra olunması, eləcə də ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına dair siyasi-hüquqi tədbirlər həyata keçirilməsi (səfərlərin təşkili, müqavilələrin imzalanması və s.) möhkəm bünövrə və yeni perspektivlər yaratdı. Nəhayət, İkinci Qarabağ müharibəsində Qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən  Azərbaycanın yeni situasiya yaratması daha bir və həlledici dönüş nöqtəsi oldu. Ona görə ki, İlham Əliyevin 2009-cu ildə ifadə etdiyi perspektiv hədəflər indi reallaşdırılır - Türk dünyasının bütövlüyü təmin olunur. Xüsusilə, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirilməsi böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini təmin edəcək. Dəhliz ?ürk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək, türkdilli ölkələrin mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək. Təsadüfi deyil ki, ötən ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilmiş VIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu, Azərbaycanın strateji kursunun və geosiyasi fəallığının türkdilli ölkələr coğrafiyasında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etməklə yanaşı, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaratdığını göstərir. Ən əsası, vaxtilə coğrafi baxımdan parçalanan Türk dünyasının bütövlüyü, vahid bir ailə və qüvvə kimi fəaliyyəti təmin olunur. Bu, Türk dünyasının onillikləri əhatə edən probleminin yeni yüzillikdə həllini mümkün edir.

Yeni reallıq, növbəti məqsəd

Heç şübhəsiz, Türk Dövlətləri Təşkilatında birləşən, regionda mühüm təsir imkanlarına malik türkdilli dövlətlərin strateji fəaliyyətinin önəmi böyük, nəticələri isə səmərəlidir. Amma ekspertlər bu prosesdə Azərbaycan ilə Türkiyənin rolunun müstəsna, fəaliyyətinin həlledici olduğunu diqqətə çatdırırlar. Başqa sözlə, bölgədə qlobal əhəmiyyətli yeni geosiyasi konfiqurasiyanın formalaşmasında Bakı-Ankara müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Bu gün Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa, milli və regional təhlükəsizliyi təmin etməyə qadirdir. Şuşa Bəyannaməsindən irəli gələn müttəfiqliyin təsir gücü isə hansısa geosiyasi dairələrin iradəsindən, yaxud regional təhlükəsizlik təşkilatlarının fəaliyyətindən üstündür. Azərbaycanın və Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz, bütövlükdə, Türk dünyası üçün yeni üstünlüklər yaradır - iqtisadi, siyasi və hərbi-təhlükəsizlik nöqteyi-nəzərdən.

Xüsusilə də, Azərbaycan ilə Türkiyənin yeni regional nizam yaratması fonunda hazırkı geosiyasi situasiya Türk Dövlətləri Təşkilatını qarşıdakı müddətdə yeni regional güc mərkəzinə çevirməyə əlverişli şərait yaradır - dayanıqlı zəmin formalaşdırır. Bu, həm əhəmiyyətli, həm də zəruridir. Çünki dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli ölkələrin birliyi bu gün daha aktual və vacib xarakter almaqdadır. Xüsusilə, güc mərkəzlərinin nəzər-diqqətinin məhz bu məkana çevrildiyi bir mərhələdə türkdilli dövlətlər arasında sarsılmaz birliyin təmin olunması, yeni ittifaq modelinin yaradılması həm də xarici təsirlərdən birgə mühafizə olunmaq, beynəlxalq məkana inteqrasiya olunmaq, ümumi iqtisadi resurslardan düzgün istifadə etmək baxımından önəmlidir. Əlbəttə, bu hədəfə nail olmaq üçün uzunmüddətli perspektivə hesablanmış strategiya müəyyənləşdirilməli və icra olunmalıdır. Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə aparılan müzakirələr, qəbul edilən qərarlar belə bir konseptual yanaşmanın və niyyətin olmasından xəbər verir, müvafiq addımların atıldığını göstərir. Hazırda aktual çağırış təşkilatın sıralarının genişləndirilməsi və iqtisadi, demoqrafik resursların artırılması, ittifaq modelində birgə fəaliyyət formasının yaradılmasıdır.  Bəzi strateji tədqiqat mərkəzləri belə bir proqnozla çıxış edirlər ki, Türk Dövlətləri Təşkilatı uzunmüddətli strategiya əsasında fəaliyyətini davam etdirməklə sıralarında 37 dövləti birləşdirməyi hədəf kimi müəyyənləşdirib. Bu, təbii ki, iqtisadi imkanların - maliyyə büdcəsinin, demoqrafik potensialın da artması deməkdir. Belə qənaət ifadə edilir ki, TDT-nin gələcək əhali potensialı 700 milyondan çox, maliyyə büdcəsi isə 55 trilyona yaxın ola bilər ki, bu da eyni göstəricilərdə Avropa İttifaqını geridə qoymaqdır. Üstəlik, nəzərə almaq lazımdır ki, türkdilli ölkələr coğrafiyasında regional bazarın formalaşdırılması imkanları Aİ məkanından daha çoxdur və təşkilata hazırkı üzv dövlətlər birgə iqtisadi inkişafa təkan verəcək sərvətlərlə zəngindir. Sonuncu  Zirvə Görüşündə “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi isə prioritetlərin bəlli, hədəflərin isə dəqiq olduğunu göstərir.

Beləliklə, eyni mənəvi-siyasi və geosiyasi çətir altında birləşən ölkələrimizin strateji maraqlarının təmin olunması, məqsədlərin gerçəkliyə çevrilməsi üçün şərait, niyyət, əzm - iradə və güc var. Hər hansı tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) isə lüzum və yer yoxdur.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 155 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31