Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müttəfiqlik hədəflərinə doğru inamla...

Müttəfiqlik hədəflərinə doğru inamla...

16.07.2022 [09:42]

İki qardaş ölkə daim birlikdə və ancaq irəli!

Nurlan QƏLƏNDƏRLİ

Prezident İlham Əliyevin Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda mühüm məsələlər əks olunub. Bu il Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümünün qeyd olunduğunu, dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad etdiyini bildirən Prezident İlham Əliyev “Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etmişdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş “Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür”, - deyə bildirib. İlham Əliyev bu zəfərin qardaş ölkənin dövlətçilik tarixinə əbədi həkk edildiyini söyləyib: “Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunmuşdur”.

Dövlətimizin başçısı Azərbaycan xalqı və dövlətinin ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınadığını diqqətə çatdırıb. O bildirib ki, “bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər: “Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik.

Bununla yanaşı, iyulun 15-də  Prezident İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının qardaş Türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq, qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışılıb.

Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Ümumiyyətlə, Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür. Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müstəsna önəm daşıyıb. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı, həmçinin dövlət rəsmilərinin görüşləri çərçivəsində, eləcə də müxtəlif tədbirlərdə  səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir, Azərbaycan nə deyirsə, Türkiyə də onu deyir, Türkiyə nə deyirsə, Azərbaycan da onu deyir!

Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb. Beləliklə, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq,  təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır.

Nəticə etibarilə, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur.

Şuşa Bəyannaməsindən irəli gələn müttəfiqliyin təsir gücü isə hansısa geosiyasi dairələrin iradəsindən, yaxud regional təhlükəsizlik təşkilatlarının fəaliyyətindən üstündür. Azərbaycanın və Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni üstünlüklər yaradır. Bəyannamədən irəli gələn vəzifələrin qətiyyətlə yerinə yetirilməsi hər iki ölkənin milli gücünün artırılması, regional təhlükəsizliyin təmin olunması və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından strateji önəm daşıyır.

Gerçəkliklər iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar. Ən əsası, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Eyni zamanda, Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür. Biz birlikdə güclüyük!

Paylaş:
Baxılıb: 153 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31