32 il əvvəl, bu gün...
20.07.2022 [10:46]
Xalqının dərdinə şərik olmağa gəldi
Xilaskar missiya dövlət müstəqilliyimizi əbədiləşdirdi
Sovetlər rejiminin iflasa uğradığı bir vaxtda, torpaqlarımızın işğal olunduğu ağrılı bir zamanda Azərbaycanın varlığı sual altında idi. Azərbaycanı uçurumun kənarına sövq edənlər Kremlin əmirlərinə mütiliklə yanaşanlar, dövlətçilik məfhumunu deyil, öz şəxsi mənafelərini güdən o dövrkü “rəhbərlər” idilər. Və ölkəni uçuruma hər gün bir addım daha yaxınlaşdırdıqlarının fərqində deyil, vəzifə savaşını davam etdirirdilər. Belə bir ağır zamanda xalqı yalnız bir sual düşündürürdü: Azərbaycanı xilas etmək olarmı? Xalq düşündüyü suala cavabını tapmışdı və ölkəni xilas edəcək şəxsin məhz Heydər Əliyev olduğuna inanmışdı...
20 iyul 1990-cı il... Heydər Əliyev Azərbaycana qayıtdı. Onun qayıdışını özlərinin sonu kimi anlayanlar Heydər Əliyevə qarşı təxribatlar hazırladılar. Hazırladıqları təxribatların heç biri xalqın oğlunu tutduğu yoldan çəkindirə bilmədi. Çünki Heydər Əliyevin yolu Azərbaycanın xilasına hesablanmış yol idi...
İki gün Bakıda qalan, paytaxtda sabitliyin qorunması naminə müdrik insan doğulub –boya başa çatdığı Naxçıvana gəlir. Moskvadan Naxçıvana qayıdışı yenidən böyük siyasətə və daha müqəddəs vəzifələr naminə fəal, qətiyyətli qayıdış idi.
«1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.
Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə həmin günlərdə yaşanan çətinlikləri xarakterizə edir.
…22 iyul 1990-cı il. 100 mindən artıq naxçıvanlının toplaşdığı meydanda həmyerliləri ilə görüşən ulu öndərin nitqi zəfər çağırışı idi. «Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm.» Naxçıvanın mərkəzi meydanına toplaşanların sayı çox olduğundan və hər kəsin xilaskarını yaxından görmək istəyindən yaranan sıxlıqdan narahat olan uşaqları görən müdrik ağsaqqal Heydər Əliyev «Uşaqları yuxarı qaldırın. Onlar bizim bayraqlarımız olacaqlar» söylədi. Yaranan qələbəlik həmyerlilərinin ona olan inamı, hörməti, ehtiramı xalqımızın gələcəyə olan ümidi, milyonların əbədiyyətə uzanan yolunun ilk cığırları idi. Ulu öndər Heydər Əliyev həmin gün hiss etdi ki, qarşıda onu daha məsul vəzifələr gözləyir: Azərbaycanın müstəqilliyini, süverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini gücləndirmək. Beləliklə, öləziməkdə olan azadlıq ruhunun qaldırılması kimi məsul, çətin, hər bir dövlət başçısının öhdəsindən bilməyəcəyi bir vəzifəni üzərinə götürən Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı. O missiya ki, təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

