Uzaq sahillərdə baş versə də...
09.05.2023 [10:20]
Heç kəs unudulmur, heç nə yaddan çıxmır
Bu gün İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümüdür. 1941-1945-ci illəri əhatə edən müharibə barədə statistika dəhşət saçır. 60-dan çox dövlət, 1.700 milyon insan - dünya əhalisinin dörddə üçü bu müharibəyə qatılıb. Döyüşlər təxminən 40 ölkənin ərazisində gedib. Müharibə 50 milyon insanın həyatını alıb, təxminən 100 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ İkinci Dünya müharibəsində 30 milyon nəfər itki verib. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalayıb və bununla da İkinci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb.
Azərbaycanlı döyüşçülərin qəhrəmanlıq salnamələri
Qələbə günü İkinci Dünya müharibəsində iştirak etmiş əksər dövlətlərdə, o cümlədən də Azərbaycanda bayram kimi qeyd olunur. Azərbaycanda 9 May - Qələbə gününün dövlət səviyyəsində bayram kimi qeyd olunması isə heç də təsadüfi deyil. Düzdür, İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda gedib. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...
Arxa cəbhənin səfərbər olunması
İkinci Dünya müharibəsi illərində Azərbaycanda arxa cəbhənin qəhrəmanlığı da hər cür xoş sözə layiqdir. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı ildırımsürətli müharibə planı hazırlanmışdı. Müharibənin ilk illərində ittifaqın bir sıra şəhərləri və oradakı müəssisələr, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başladı. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. Faşist Almaniyasının ən mühüm planlarından biri məhz Bakını tutmaq idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.
Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparıldı. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradıldı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olundu. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.
Ənənə davam etdirilir
Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 9 May - Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn “AXC-Müsavat” cütlüyü 9 May - Qələbə Gününün bayram təqvimindən silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Prezident İlham Əliyev Qələbənin 78-ci ildönümü ərəfəsində “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılıb. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Lenin?rad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım ayrılıb.
Dövlət başçısının imzaladığı Sərəncam bütövlükdə 3729 şəxsi əhatə edir. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
3 min 538 şəxsə birdəfəlik maddi yardımlar ödənilib
Prezident İlham Əliyevin 2023-cü il 26 aprel tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın ödənişi başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3 min 487 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.
Bununla da ödənişlər ümumilikdə 3 min 538 şəxsi əhatə edib. Birdəfəlik ödəmə onların bank hesablarına köçürülüb. Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.
Faşist cəlladlarının fetişləşdirilməsi cəhdləri
Son vaxtlarda ayrı-ayrı dairələr tərəfindən tarixi təhrif etməyə və İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan Qələbənin bəşər tarixindəki rolunun azaldılmasına cəhdlər göstərilir. Bəzi ölkələrdə 9 Mayın bayram kimi qeyd olunmasına xitam verilməsi, İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidələrin təhqirlərə, digər belə vandalizm aktlarına məruz qalmaları, eləcə də faşizm ideologiyasının fetişləşdirilməsi, müharibə illərində bu ideologiyaya xidmət göstərənlərin, müxtəlif lagerlərdə insanlıq əleyhinə cinayətlər törədənlərin əməllərinin təqdir olunması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ coğrafiyasında, o cümlədən də MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Belə hallar müharibə və işğalçılıq ideologiyasını təbliğ edən ölkələrdə xüsusilə geniş yayılıb. Məsələn, biz müşahidə edirik ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəlladı və canisi, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. Ermənistanın hazırkı, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin həmin canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır. Sual yaranır: Məgər Ermənistanda İkinci Dünya müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bu ölkədə bir tərəfdən Qələbə günü qeyd olunur, digər tərəfdən isə faşizmə xidmət göstərmiş bir caninin abidəsi önünə gül qoyurlar. Burada məntiq haradadır? Əslində, faşist cəlladına İrəvanda abidə ucaldılması üç onillik ərzində ölkəmizə qaşı işğalçılıq siyasəti aparmış, 44 günlük müharibədən sonra isə revanşizm iddiaları sərgiləyən Ermənistan dövləti?in və cəmiyyətinin yanaşmalarını, xislətini əks etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

