Azərbaycan biganə qalmır
13.06.2023 [10:00]
Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri
MÜBARİZ
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi böyük humanitar fəsadlarla müşayiət olunur. Müharibə başlayandan bəri milyonlarla ukraynalı doğma ev-eşiyini tərk edərək xarici ölkələrə sığınmaq məcburiyyətində qalıb. Ölkədən çıxa bilməyən insanlar isə mülki infrastrukturun dağılması səbəbindən su, qaz, elektrik enerjisi ilə təminatda ciddi çətinliklər çəkirlər.
Son olaraq iyunun 6-da Kaxovka su anbarının partladılması Xerson da daxil olmaqla çoxlu sayda yaşayış məntəqəsində humanitar böhran yaradıb. Kaxovka su anbarında baş verənlər texnogen fəlakət kimi qiymətləndirilir. Söhbət təqribən 60 min kvadratkilometr sahədə yerləşən yüzə yaxın qəsəbə və kəndlərin su altında qalması təhlükəsindən gedir. Baş verən partlayış nəticəsində suvarma sistemi dağıdılıb və bu, təxminən yarım milyon kvadratkilometr ərazidə quraqlığa, ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda Ukraynanın nəzarəti altında olan ərazilərdə xilasetmə işləri həyata keçirilir. Bu işlərə həm yerli sakinlər, eləcə də hərbçilər cəlb olunublar. Ərazidən 20 mindən çox insanın təxliyyə ediləcəyi gözlənilir, ölənlər və xəsarət alanlar var.
Azərbaycan da müharibə və onun ağır fəsadları ilə üzləşən ölkədir. Respublikamız müstəqilliyinin elə ilk vaxtlarından Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdi. Bu təcavüz siyasəti düz 30 il davam etdi. Ermənistanın törətdiyi müharibə cinayətləri səbəbindən bir milyondan çox soydaşımız ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qaldı.
Müharibənin törətdiyi humanitar fəlakətlərin nə demək olduğunu yaxşı bilən Azərbaycan Ukrayna xalqının üzləşdiyi çətinliklərə biganə qalmır. Respublikamız Ukraynaya yardımlar göndərən ilk ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müharibə başlayandan cəmi bir neçə gün sonra - 2022-ci il fevralın 27-dən etibarən ölkəmizdən Ukraynaya humanitar yardımlar göndərilməyə başlanıb. Verilən məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan, ümumi həcmi isə min tondan çoxdur. Ölkəmizdən tədarük olunan humanitar yüklərin tərkibinə dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, ərzaq və körpə uşaq qayğısı məhsulları və s. daxildir. Bunlarla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib. Ölkəmiz cari il martın 20-də - Novruz bayramı günlərində Ukraynaya ümumi dəyəri 360 min ABŞ dollar olan yardım partiyası ünvanlayıb.
Dost ölkəyə 20 min ton yanacaq tədarükü
Qeyd etdiyimiz kimi, Kaxovka su anbarının partladılması Ukraynada humanitar böhranı daha da dərinləşdirib. Bununla əlaqədar bu günlərdə Azərbaycandan Ukraynaya daha bir humanitar yardım partiyası göndərilib. Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.
Qeyd edək ki, müharibə başlayandan bəri ölkəmizin müxtəlif dövlət qurumları və özəl şirkətlər Ukraynaya humanitar dəstək kampaniyasına qoşulublar. Məsələn, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. “Azerenerji” ASC-nin təmin etdiyi güc transformatorları və generatorlar Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan enerji avadanlıqları ölkəmizdən Ukraynaya bir neçə mərhələdə TIR-lar vasitəsilə çatdırılıb.
Ölkəmizdən bu günlərdə yola salınan humanitar yükün hazırlanmasında isə Azərbaycan Dövlət Neft Şirkəti yaxından iştirak edib. Belə ki, zəruri avadanlıqlarla yanaşı, Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.
Xüsusi minnətdarlıq
Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi bu ölkədə xüsusi minnətdarlıqla qarşılanır. Xəbər verildiyi kimi, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunu çox yüksək qiymətləndirildiyini deyib.
“Dost Azərbaycan xalqına çox minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi və köməyi növbəti dəfə hiss edirik. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin nə dərəcədə inkişaf etdiyini bir daha sübut edir”. Bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyunun 9-da Bakıdan Ukraynaya humanitar yardımın növbəti partiyasının göndərilməsi mərasimində deyib.
Eyni zamanda, Ukraynanın aparıcı KİV Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya humanitar yardımın və 20 ton yanacağın göndərilməsinə geniş yer ayırıb. “Ukrinform”, “Unian” informasiya agentlikləri, “LB.ua”, “24TV”, “Ukranews” və digər xəbər portallarında dərc olunan məqalələrdə müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardımın Ukraynaya çatdırıldığı vurğulanır. O cümlədən göstərdiyi yardıma görə, Ukrayna rəsmilərinin Azərbaycan dövlətinə təşəkkürü qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

