Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / DOST 5 ildə tanındı!

DOST 5 ildə tanındı!

15.08.2023 [10:40]

Müasir dövlət kimi inkişaf edən Azərbaycan dünyaya həm də xidmət sahəsində özünün intellektual brendlərini təqdim edir. Qısa müddətdə Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük populyarlıq qazanan “ASAN xidmət” modelindən sonra respublikamızda oxşar platforma olan DOST mərkəzlərinin  (Dayanıqlı və Operativ Sosial Təminat) yaradılmasına start verildi.  Xatırladaq ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST Agentliyi formalaşdırılıb.  DOST mərkəzlərinin də vətəndaşların məmnuniyyətlə üz tutduqları ünvanlara çevrilməsindən ötrü uzun zaman kəsiyi lazım gəlmədi. DOST cəmi 5 il ərzində bütün ölkə boyunca tanındı və onun xidmətlərindən yararlanan insanların, sözün əsl mənasında, dostuna çevrildi.

Əsas ideya - vətəndaş məmnunluğunun təmin edilməsidir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır.  Konsepsiya  əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına  hesablanıb.

Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, bütövlükdə 15 istiqamət üzrə 159 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə  9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub. Ötən dövrdə bu mərkəzlərdə 1 milyon 673 min nəfərə xidmət göstərilib. Verilən məlumatlara görə, DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizin üzərindədir.

Regionlara doğru genişlənmə

İndiyədək 7 DOST mərkəzi açılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub. 1 saylı DOST mərkəzinin açılışı 9 may 2019-cu ildə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Bakı şəhəri, Yasamal rayonu,

İ. Qutqaşınlı küçəsi - 86 ünvanında yerləşən mərkəzdə gün ərzində 400-dən çox vətəndaş qəbul edilir.  Mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir. Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir. 1 saylı DOST mərkəzi vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün xidmətlərdən “bir pəncərə” prinsipi ilə faydalanmasına imkan verir.

Növbəti - 2 saylı DOST mərkəzi Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yenə də dövlət başçısının iştirakı ilə 24 dekabr 2019-cu il tarixində istifadəyə verilib. 2 saylı DOST mərkəzi gün ərzində 100-dən çox vətəndaş qəbul edir. Bakı rayonlarının sakinlərinə xidmət edən mərkəzdə il ərzində 30-35 min vətəndaşa yüksək səviyyədə xidmət göstərilir.  Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 40 nəfərədək könüllü fəaliyyət göstərir.

Sayca üçüncü DOST mərkəzi Bakının Nizami rayonunda 19 may 2020-ci ildə istifadəyə verilib. Yeni mərkəzin açılışını da Prezident İlham Əliyev edib. Gün ərzində 3 saylı DOST mərkəzi 400-ə yaxın vətəndaş qəbul edir. Paytaxt sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120-130 min vətəndaşa “bir pəncərə” prinsipi ilə 159 xidmət göstərilir. Mərkəzə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü cəlb olunub.

Ölkəmizdə müasir yanaşmalara daim dəstək verən Prezident İlham Əliyev 30 mart 2021-ci ildə Bakının Binəqədi rayonunda yaradılan 4 saylı DOST mərkəzinin açılışına qatılıb. Gün ərzində təxminən 800 nəfər vətəndaş qəbul edən 4 saylı Bakı DOST mərkəzində paytaxt sakinlərinə nümunəvi xidmət göstərilir. Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir. 4 saylı DOST mərkəzinin binasında fəaliyyət göstərən Çağrı Mərkəzi 142 ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” - “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilliyi olan şəxsin təlimlərdən keçməsinə imkan verir.

Sayca 5-ci olan DOST mərkəzi də paytaxtda, bu dəfə Xətai rayonunda yaradılıb. Bəhs olunan mərkəzin açılışı  28 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı keçirilib. Mərkəzdə gün ərzində təxminən 650-700 nəfər vətəndaşa xidmət göstərmək üçün hər cür şərait yaradılıb. 120 nəfərdən çox əməkdaşın, , habelə 50 nəfərədək könüllü heyətin çalışdığı 5 saylı DOST mərkəzində vətəndaşlar ilk dəfə mediasiya xidmətlərindən yararlana bilirlər. Burada, həmçinin işçilər üçün təlim mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlim otaqları və müasir kitabxana yaradılıb.

Dost mərkəzləri regionlara doğru genişlənir. 14 iyul 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Abşeron DOST mərkəzinin açılışı olub. Abşeron DOST mərkəzi gün ərzində təxminən 400 vətəndaş qəbul edir. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Abşeron rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 159 adda xidmət göstərilir.“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı

Eyni zamanda, “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı hazırlanıb. Həmin proqram üzrə bəhs olunan ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri yaradılacaq. 7 avqust 2023-cü ildə  Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin açılışı baş tutub.

Bərdədə istifadəyə verilən Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.

Hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.

Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də fəaliyyət göstərir. Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də “Peşəyönümü və Karyera Mərkəzi”, inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub

Tədbirdə bildirilib ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.  Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb.

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verilib. Qeyd olunub ki, indiyədək 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhalidən 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib.

Beynəlxalq səviyyədə yüksək qiymət

DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Agentlik ötən müddətdə 13 beynəlxalq mükafat və sertifikata (o cümlədən,  Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s.), həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

“Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Könüllü DOST” proqramı isə “Global HR Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalib elan olunub. Eyni zamanda, hazırda bir çox ölkələr, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31