Ortaq hədəflərə doğru
05.09.2023 [10:00]
TDT-da yeni dialoq platforması
Bu günlərdə İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib. TDT-nin saytında yerləşdirilən məlumatda bildirilir ki, təşkilatın İstanbuldakı binasında keçirilən tədbirdə üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Katibliyin təmsilçiləri də iştirak ediblər. Görüşdə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanaraq, təşkilatın fəaliyyətinin genişləndirilməsinin önəmi qeyd olunub.
Azərbaycanın TDT-da dəstəklənən təşəbbüsləri
Məsuliyyətli dövlət olan Azərbaycan üzv olduğu digər beynəlxalq qurumlar kimi, TDT-nın tərkibində də aktiv fəaliyyəti və konstruktiv mövqeyi ilə fərqlənir. Keçilmiş yola nəzər saldıqda Azərbaycanın dövlət başçısının Türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Yarandığı vaxtda tərkibində cəmi dörd dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın bu ölkədə də ofisi fəaliyyət göstərir.
Cari il martın 16-da qardaş Türkiyənin paytaxtı Ankarada TDT-nin “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bununla da Azərbaycan və digər Türkdilli ölkələr insanlıq faciəsi ilə üzləşən Türkiyə ilə həmrəy olduqlarını bir daha nümayiş etdiriblər. Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olunub. Həmin sənəd əslində TDT-nın gələcək fəaliyyəti üçün bir yol xəritəsidir. Sənəddə üzv dövlətlər müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, daha sıx inteqrasiyaya nail olmaq istəklərini ifadə ediblər.
TDT-nın Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.
Zamanında Türk coğrafiyası bir tamlıq təşkil edib. Ancaq sonradan məkrli qüvvələr istəklərinə çataraq tarixi Türk coğrafiyasının parçalanmasına nail olublar. Söhbət Qərbi Zəngəzurun Ermənistana verilməsindən gedir. Bir vaxtlar yüklər Mərkəzi Asiyadakı Türkdilli ölkələrdən Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qərbi Zəngəzurdan keçməklə Türkiyəyə çatdırılırdı. Türk dünyasına qısqanclıqla yanaşan imperialist güc mərkəzləri Qərbi Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla yalnız ümumtürk coğrafiyasını parçalamadılar, həm də Türkdilli ölkələrin dünyaya çıxış imkanlarını məhdudlaşdırdılar.
44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq”, - deyə Prezident İlham Əliyev bildirib.
TDT-nın növbəti sammitinə hazırlıq
İndiyədək TDT-nın Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub. Cari ilin martında baş tutan son Zirvə Görüşündə Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.
Hazırda isə qurumun yeni Zirvə görüşünə hazırlıq aparılır. Bu barədə yuxarıda bəhs etdiyimiz görüşdə məlumat verilib. İştirakçılar Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək TDT-nin növbəti Zirvə Toplantısının təşkilinə dair məsələləri də müzakirə ediblər. Zirvə Toplantısı çərçivəsində imzalanacaq sənədlərin Türk dünyasında əlaqələrin inkişaf etdirilməsi və ortaq hədəflərə nail olunması baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi məsələsi də müzakirə edilib.
Nümayəndə heyətləri bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təşviq edilməsi, birgə təşəbbüslər üçün potensial imkanları dəyərləndiriblər.
Yeni səmərəli əməkdaşlıq mexanizmi
Toplantı “Türk Dünyasına Baxış-2040” və “TDT 2022-2026 Strategiyası” çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəliyinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb.
“TDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni dialoq mexanizmini işə salıblar”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq”, - deyə H.Hacıyev qeyd edib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32

