Sülhə doğru...
19.10.2023 [09:47]
Yeni siyasi reallıqlar növbəti görüşə necə təsir edəcək?
Sentyabrın 19-20-də keçirilən uğurlu lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin bərpasına yol açmaqla yanaşı, yeni siyasi mərhələ başlatdı. Belə ki, artıq separtçı
xuntanın ləğvi, Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması, Qarabağda nəzarətin tam əldə edilməsi Ermənistan ilə Azərbaycan arasında iki ilə yaxındır ki, davam edən münasibətlərin normallaşması prosesinə də köklü təsir edir. Yaranan yeni mənzərənin fonunda sülh üçün daha əlverişli və münbit zəmin formalaşıb. Qeyd edək ki, hələ bu ilin
əvvəlindən Azərbaycan 2023-cü ilin sülh ili olması ilə bağlı fikirlərini irəli sürmüşdü. İlin sonuna bir neçə ay qalmış artıq Ermənistan da bu kimi bəyanatlar səsləndirməyə başlayıb.
Paşinyanın yeni görüş anonsu...
Belə ki, Avropa Parlamentindəki çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilən razılaşmalara istinad edərək suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. “Biz bu ayın sonunda Brüsseldə görüşü gözləyirik və yuxarıda qeyd olunan prinsiplər rəsmən təsdiq olunarsa, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və normallaşma sazişinin imzalanması olduqca real görünür”, Ermənistan Baş Naziri əlavə edib.
Xatırladaq ki, bu ayın əvvəlində Qranadada Ermənistan ilə Azərbaycan arasında danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılmışdı. Ermənistanın və onun havadarlarının qeyri-səmimi davranışları bu danışıqların baş tutmasına mane oldu - Fransanın məlum mövqeyinə görə Azərbaycan Qranadadakı görüşdə iştirak etmədi. Bu, ölkəmizin sülhlə bağlı mövqeyini tam şəkildə izah edən məntiqin əyani nümayişidir - Azərbaycan sülh ilə bağlı imitativ danışıqlarda iştirak etmək niyyətində deyil, həqiqətən də sülhə doğru irəliləyişin əldə olunacağı, konkret olaraq sülh prosesinə xeyir verəcək və nəticəyə gedən yolda uğur gətirəcək görüşlər bizim üçün hər zaman böyük maraq doğurur. Bu mənada, Ermənistan baş nazirinin oktyabrın sonunda keçirilməsi planlaşdırılan görüşlə bağlı anonsu mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın sülh təklifi...
Qeyd edildiyi kimi, artıq sülh yeni siyasi reallıqlar fonunda müzakirə olunur. Azərbaycan ərazisindəki separatizmi ləğv edib, suverenlik bərpa olunub. Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi də bəlli və şəffafdır. Son proseslərdən sonra müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalətli mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağda baş tutan aniterror tədbirləri zamanı nümayiş etdirdiyi mövqe bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq və nümayiş etdirdiyimiz humanist mövqe məhz bu tezisə əsaslanır. Yeni mərhələdə keçirilməsi nəzərdə tutulan bu görüşə Azərbaycan kifayət qədər açıq və beynəlxalq hüquqa söykənən proqramla gedir - dövlətimizin delimitasiya və demarkasiya məsələləri və digər müzakirə predmetləri üzrə mövqeyi ortadadır. Hələ aprelin 23-də Laçın dövlət sərhəd-buraxılış məntəqəsi qurulan zaman Azərbaycan bəyan etmişdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlər mütləq şəkildə müəyyənləşməlidir. Bu, ölkəmiz üçün mühüm şərtdir - sadəcə, Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməsi regionda yeni siyasi situasiya formalaşdıra bilər...
Qeyd edək ki, öz nitqində Paşinyan sülh müqaviləsinin imzalanması, həm Ermənistan, həm Azərbaycanın 1991-ci il sərhəd xəttindən qoşunlarını geri çəkməsi üçün vacib olduğunu vurğulayıb. Bundan əlavə, Paşinyan qarşılıqlı əsasda iki ölkə arasındakı anklavlar məsələsini həll etməyə hazır olduğunu bildirib.
Ermənistan sülhə nə ilə gəlir - sosial burulğan, siyasi böhran...
Təbii ki, normallaşma prosesi iki tərəf arasında inkişaf edən prosesdir və sülhün formalaşması üçün hər iki tərəf eyni dərəcədə səy göstərməlidirlər - Paşinyanın bu gün sülhdən danışması Ermənistanın səmimi şəkildə sülh istəməsi kimi izah edilməyə də bilər. O baxımdan ki, Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışıb. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. Təsadüfi deyil ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, manipulyasiyalar etməklə nələrəsə nail olmaq fikrindədir. Bu fakt hətta Ermənistanın siyasi rəhbərliyi tərəfindən də zaman-zaman etiraf olunur. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
Ən azından Ermənistan anlamalıdır ki, Qranada danışıqlarına mane olan Fransa İrəvanın iqtisadi inkişafına mane olur. Rəsmi Paris öz davranışı ilə yeni koloniya tapdığını ortaya qoyur - bu dövlət Ermənistanı sülhdən yayındırmaqla, silahlanmaya “itələməklə” ona qarşı ən böyük pisliyi edir. Cənubi Qafqazda sülhün formalaşmasına mane olan qüvvə kimi Fransa Ermənistanı “öz orbitindən” kənara buraxmaq istəmir.
Ermənistan isə yenə də iqtisadi-siyasi asılılığını davam etdirmək istəmirsə, yaranan bu münbit vəziyyətdən maksimum istifadə etməlidir. Azərbaycanla razılığa gəlinməsi, Cənubi Qafqaz birliyinin iqtisadi modelinin formalaşdırılması Ermənistan üçün yalnız və yalnız müsbət dividendlər vəd edir. Əks halda bu ölkədəki sosial durum yenə də acınacaqlı halda qalmaqda davam edəcək, siyasi böhran daha da dərinləşəcək - Paşinyan isə ölkəsində sevilməyən, Ermənistanı düşdüyü çuxurdan xilas etməyən şəxs kimi “xatırlanacaq”...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47

