Etibarlı tranzit ölkə
05.11.2023 [10:10]
Yeni geosiyasi reallıqlar fonunda geniş Avrasiya coğrafiyasında nəqliyyat dəhlizlərinin önəmi heç vaxt olmadığı qədər artıb. Məlum səbəblərə görə ölkələr və daşıma şirkətləri daha təhlükəsiz marşrutlar axtarırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana dikilir ki, bu da təsadüfi deyil. Prezident İlham Əliyev noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında ölkəmizin tranzit daşımalarında artan roluna diqqət çəkərək vurğulayıb: “Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib”.
Azərbaycan yeganə ölkədir ki...
Açıq dənizə çıxışı olmayan Azərbaycanın qısa müstəqillik tarixində geniş Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. İlk növbədə onu vurğulayaq ki, möhkəm uzunmüddətli daxili sabitliyə malik olan Azərbaycanın coğrafi yerləşməsi tranzit daşımaları üçün olduqca əlverişlidir. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq dəhlizlər keçir. Xatırladaq ki, ayrı-ayrılıqda hər iki dəhlizdə təxminən 10 ölkə iştirak edir. Azərbaycan isə hər iki marşrutun fəal üzvü olan yeganə ölkədir.
Eyni zamanda, ölkəmizin ərazisində Orta Dəhliz inkişaf etdirilir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq bu gün Orta Dəhliz və yaxud Transxəzər marşrutu adlandırılan Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olub. Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Böyük İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.
Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızın ərazisində regional nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində mühüm rol oynayıb. Bunu nəzərə çatdıran dövlətimizin başçısı məmnunluq hissi ilə bildirib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Azərbaycanın tranzit daşımaları üçün üstünlüyünü şərtləndirən ən mühüm amillərdən biri müasir infrastrukturla bağlıdır. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bəhs olunan dövrdə respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika çox zəngindir. 2023-cü ilin 9 ayının yekunları da daxil olmaqla, son 20 ildə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. 2003-2022-ci illərdə respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb, ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Eyni zamanda, beynəlxalq səviyyəli dəhlizlərin üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.
Artan yük həcmləri ayrı-ayrı infrastruktur obyektlərinin ötürücülük imkanlarının genişləndirilməsini zərurətə çevirib. Mərkəzi Asiya dövlətləri ilə Türkiyəni və Avropanı birləşdirən Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artması nəzərə alınaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırılması yaxın hədəf kimi qarşıya qoyulub.
Xatırladaq ki, Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. BTQ-nın fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artıq BTQ-nın ötürücülük imkanlarının genişləndirlməsinə start verilib. Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Tədricən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə daha çox yük cəlb ediləcək.
Bu gün Mərkəzi Asiya ölkələrini Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat marşrutunun ən mühüm seqmentlərindən biri qismində respublikamızın liderlik keyfiyyəti nümayiş etdirməklə Ələtdə yaratdığı ticarət limanı çıxış edir. Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur və Azərbaycan tərəfi bu istiqamətdə də işbirliyinə hazırdır.
Bütün istiqamətlərdə artan daşımalar
Ölkəmizin ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasının, qanunvericilik bazasının təkmilləşdirilməsinin, qonşu ölkələrlə koordinasiyalı fəaliyyətin təmin olunmasının məntiqi nəticəsidir ki, bütün istiqamətlərdə daşımalarda kəskin artımlar müşahidə edilir. Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faizdən çoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata əsasən, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki, 2021-ci ildə bu rəqəm 2 400 idi.
Bəhs olunan dövrdə Azərbaycan dəmir yolları ilə 9 milyon 157 min 703 ton yük daşınıb. Azərbaycan Dəmir Yollarından bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 78 ton yük idxal olunub, 1 milyon 666 min 91 ton yük isə ixrac edilib. Dəmir yolları ilə ölkə daxilində 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yük daşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ölkəmizdə dəniz nəqliyyatı ilə 4 milyon 514,7 min ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz çoxdur. Dəniz limanları tərəfindən 6 milyon 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Bunun da 5 milyon 211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

