Azərbaycanın mövqeyi qətidir!
01.03.2024 [10:10]
Ölkəmiz AŞ-dan tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxa bilər
Ötən ay Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə “sərgilədiyi təşəbbüs” və onun “hədəfləri” bütün parametrləri üzrə bəllidir. AŞPA-nın qeyri-hüquqi addımı özünü “demokratiya tərəzisi” sayan, “demokratik nizam” ekvivalentliyi daşıdığını idd?a edən təşkilatların hansı “ideoloji konyuktura”dan stimullaşdığını ortaya çıxır - qərəz və əsassız iddialar, milli maraqlara istinad edən dövlətlərə qarşı “səlib yürüşü”, bəzi imperialist güclərin regional marağının təmini üçün əl atılan “təzyiq kampaniyaları” AŞPA-nın da əsas “iş prinsipi”nə çevrilib.
Fransız arzuların təcəssümü...
Bu günün rakursundan baxanda Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı qanunauyğun və peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik planların təsadüf xarakteri daşımadığı və ya irəli sürülən böhtan dolu iddiaların hazır “planların” tərkib hissəsi olduğu ortaya çıxır. Məsələyə sistematik nəzər yetirdikdə bəlli olur ki, AŞPA-nın bu addımı Azərbaycana qarşı siyasi manipulyasiyalar üçün həm də bir “şəraitdir”. Başqa sözlə, bu gün AŞPA-nın “qərarı” üzərindən ermənipərəst qruplaşmaların fəal anti-Azərbaycan kampaniyalarının şahidi oluruq.
Əslində, AŞPA-da ermənipərəst mövqenin açıq müstəviyə keçidi birbaşa Fransa ilə əlaqəlidir. Bu qurumda “lider” funksiyasını üzərinə götürmüş Fransa digər siyasi və beynəlxalq platformalarda Azərbaycana məğlubiyyətini həzm edə bilmədi - nəticədə AŞPA-dakı mövqeyindən sui-istifadə qararı verdi. Bu fakt isə özlüyündə AŞPA-nın qərarının heç də “Avropanın mövqeyi” olmadığı faktını bir daha qətiləşdirir. Bu “təşəbbüs” Fransanın rəhbərlik etdiyi, erməni lobbisinin maliyyələşdirdiyi “qrup”un arzularının təcəssümü idi...
AŞPA öz ideallarına sadiq olmadı...
Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür. Ötən 20 ilə yaxın (2001-2020) müddətdə isə Ermənistan regionda açıq təcavüzkar və işğalçı siyasət yürüdüb. Bir milyona yaxın azərbaycanlının fundamental hüquqları pozulub, öz doğma yurdunda, öz evində yaşamaq hüququ əlindən alınıb. Minlərlə günahsız insan milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilib, işğal olunmuş torpaqlarımızda etnik təmizləmə aparılıb. Beləliklə, Azərbaycan 20 il ərzində başl verənlərin aradan qaldırılması, ədalətin bərpası üçün AŞPA müstəvisində aktiv müzakrələrin təşkilinə və ya həllinə nail ola bilmədi - qurum bu məsələlərlə məşğul olmadığını və Ermənistan-Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr etdi. İndiki halda isə Azərbaycana qarşı iddiaların əsasında separatizmdən xilas edilmiş Qarabağdan öz xoşu ilə köçən erməni sakinlərin “maraqları” dayanır. Bu fakt AŞPA-nın ikiüzlü siyasət yürütdüyünü açıq şəkildə ortaya çıxarır. AŞPA üzvlərinin bir çoxu Ermənistanı haqlı olduğuna görə deyil, məhz xristian ölkəsi olduğuna görə dəstəklədiklərini heç də gizlətmir və əksinə öz çıxışlarında bunu açıq vurğulayırlar.
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman çıxışında bildirib ki, AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir: “Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!”
Nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa...
Bəli, Azərbaycan nümayəndə heyəti AŞPA-nın bu qeyri-qanuni davranışını düzgün və ləyaqətli qərarla qabaqladı. Azərbaycanla bağlı məsələ səsverməyə çıxarılmadan öncə nümayəndə heyətimiz AŞPA-nın ölkəmizə qarşı haqsız demarşına cavab bəyanatı səsləndirərək AŞPA binasını tərk etdilər. Bəyanatda ölkəmizə qarşı açıq-aşkar qərəzli ksenofob münasibətə etiraz ifadə olunur və Azərbaycan nümayəndə heyətinin öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığı bəyan edilirdi. Halbuki, üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı, AŞPA-dan da gözləntilərimiz vaxtilə Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi. Lakin gözləntilərimizin əksinə olaraq artıq tarixə qovuşmuş “münaqişə”nin davam etdiyi 35 il ərzində AŞPA bütün hüquqları vəhşicəsinə pozulmuş bir milyon azərbaycanlının hüquqlarının müdafiəsi üçün bir qərar belə qəbul etmədi.
Bu gün də Fransanın “havasına oynayan” AŞPA-ya tutduğu qeyri-demokratik mövqe ilə bağlı kəskin məktublar ünvanlanmaqdadır. Gürcüstan, Serbiya kimi dövlətlər, TÜRKPA kimi təşkilatlar AŞPA-dan öz ideallarına sədaqətli olmağı tələb edirlər. Çünki AŞPA-nın davranışları Avropanın “demokratiya uğrunda” apardığı siyasətin boş təbliğat olduğunu ortaya çıxarır. Azərbaycana qarşı tutulan mövqe bir daha Qərbin fərqli standartlar üzərindən çıxış etdiyini təsdiqləyir.
Azərbaycan isə Qərbin çirkin maraqlarının qarşısında səddə çevrilib. Qarabağda separatizmin kökünü qazıyan, yeni sabit və effektiv, rentabelli iqtisadi arteriya formalaşdıran, ən əsası isə yeni münasibətlər sisteminin qurulmasına töhfələr verən Azərbaycan bölgəyə yönəlik korporativ, ermənipərəst maraqları istisna edir, sıradan çıxarır. Bu, AŞPA kimi prinsipsiz, bəyan etdiyi idealları ayaqlar altına alan, insan hüquq və azadlıqlarını alver predmetinə çevirən, ən əsası isə milli hədəfləri olan dövlətləri sıradan çıxarmaq üçün fürsət axtaran “təşkilatları”n “mövqeyi” ilə uzlaşmır. Prezident İlham Əliyev sözügedən görüşdə bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19
