Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

19.04.2025 [17:43]

İspaniyanın "Barselona" komandası baş məşqçi Hans-Diter Fliklə müqavilə müddətini uzatmağı planlaşdırır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi almaniyalı mütəxəssisin işindən razıdır və onunla gələn ilin yayında başa çatacaq sözləşməni yeniləmək istəyir.

“Barselona” 60 yaşlı çalışdırıcının rəhbərliyi altında bu ilin yanvar ayında İspaniya Superkubokunu qazanıb. Komanda hazırda La Liqada turnir cədvəlinə başçılıq edir. İspaniya Kral Kubokunun finalında “Real Madrid”lə qarşılaşacaq kollektiv Çempionlar Liqasının da yarımfinalına yüksəlib. Buradakı rəqib İtaliya “İnter”i olacaq.

Qeyd edək ki, Hans-Diter Flik ötən ilin yayından “Barselona”ya rəhbərlik edir.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28