Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planı imzalanıb
06.11.2014 [09:58]
Noyabrın 5-də Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planı imzalanıb.
AzərTAc xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə ölkəmizdə rəsmi səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə fəaliyyət planının əhəmiyyəti yüksək qiymətləndirilib. Bu sənədin idman sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.
A.Rəhimov qonaqlara nazirliyin fəaliyyəti barədə məlumat verib. Nazir 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışıb, idman qurğularının təmir edildiyini, yenilərinin tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə sürətlə inkişaf edir. Bu qayğının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Nazir Azərbaycanda 41 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini vurğulayaraq bu obyektlərin ölkəmizdə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam böyümələrinə xidmət etdiyini bildirib.
Azad Rəhimov oktyabrın 28-30-da Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumda braziliyalı gənclərin də yüksək fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb.
Aldo Rebelon ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın 2016-cı ildə Dünya Şahmat Olimpiadası kimi mötəbər yarışa uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib. Qonaq qeyd edib ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin Bakıya həvalə olunması Azərbaycanın idman ölkəsi kimi tanınmasının daha bir mühüm göstəricisidir.
Görüşdə Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar da iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

