/ / Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti: Azərbaycan birinci Avropa Oyunlarını uğurla keçirdi
Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti: Azərbaycan birinci Avropa Oyunlarını uğurla keçirdi
01.07.2015 [10:17]
Ukrayna Milli Olimpiya Komitəsi (MOK), bu ölkənin İdman və Gənclər Nazirliyi Kiyevdə Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə “Bakı-2015” birinci Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılarla görüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ukrayna MOK-un prezidenti Sergey Bubka, idman və gənclər naziri İqor Jdanov, idman federasiyalarının rəhbərləri, o cümlədən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev iştirak ediblər.
S.Bubka Ukrayna idmançılarının ilk Avropa Oyunlarında 8-i qızıl, 14-ü gümüş və 24-ü bürünc olmaqla ümumilikdə 46 medal qazandıqlarını bildirib. Bunun onların gözlədiyindən də yaxşı nəticə olduğunu söyləyən S.Bubka deyib: “Biz belə bir möhtəşəm Oyunlarda 50 ölkə arasında 8-ci yeri tutduq. Bu, yüksək göstəricidir. Oyunlar çox möhtəşəm keçdi. Azərbaycan birinci Avropa Oyunlarını gözlənildiyindən də uğurla təşkil etdi. Çox xoşdur ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası oldu, atletlərimiz idman tarixinin yeni səhifəsinin yazılmasında iştirak etdilər. Bu Oyunlar və yarışların nəticələri bizim üçün Yay Olimpiya Oyunlarına bərabərdir”.
İdman və gənclər naziri İ.Jdanov “Bakı-2015” birinci Avropa Oyunlarının qitənin idman tarixində yeni mərhələnin əsasını qoyduğunu deyib. O, ilk dəfə keçirilən bu yarışlarda Ukrayna idmançılarının fəal iştirakının onlar üçün güclü stimul olduğunu vurğulayıb. Nazir bildirib ki, Ukraynanın Prezidenti Pyotr Poroşenko qalibləri qəbul edəcək.
Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryuqina Azərbaycanda idmanın hərtərəfli inkişafından danışıb. O, xüsusilə gimnastikanın sürətli inkişafından söhbət açaraq Ukraynanın bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələndiyini bildirib.
Qeyd edək ki, birinci Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılar arasında əslən Azərbaycandan olan, diaspor fəalı Fyodor Xaşalov da var.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00

