/ / AMAF prezidenti Elçin Zeynalov: 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir
AMAF prezidenti Elçin Zeynalov: 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir
23.08.2016 [09:30]
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazandı. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə qazanıldı. Əldə olunan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda idmançılarımıza dəstək olan AMAF prezidenti Elçin Zeynalov federasiyanın mətbuat xidmətində müsahibəsində belə dəyərləndirib:
- İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Avarçəkmə növləri üzrə 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir. Ümumiyyətlə, məndən tez-tez proqnozlarımı və onun həyata keçib-keçmədiyini soruşurlar. Mənim cavabım belədir: Olimpiya Oyunları üçün proqnoz vermək doğru deyil. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş verir. Elə götürək bu dəfəki final yürüşünü. “Bakı 2015” I Avropa Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas bu dəfə heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı. Yəni Olimpiada çox gözəl, mürəkkəb mübarizənin getdiyi Oyunlardır. Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal arzulayırlar. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında 2 medal qazandıq.
- 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun olimpiya çempionu ola bilməməsini, İnna Osipenko-Radomskayanın şah məsafəsi sayılan 500 metr məsafəyə final yürüşündə sonuncu yeri tutmasını nə ilə əlaqələndirmək olar?
- Təbii ki, təhlillər aparılacaq. Amma məncə, ilk anlarda yalnız sevinc hisslərini bölüşmək lazımdır.
- Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına təkan olacaqmı?
- Azərbaycanda avarçəkənlər üçün çox gözəl şərait Mingəçevirdəki “Kür” Olimpiya Təlim-Tədris Bazasında yaradılıb. Rusiya telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. 3 milyon əhaliyə malik şəhərdə avarçəkmə bazası olmaya bilməz. Çox ümid edirəm ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm avarçəkmə növlərinə marağı daha da artıracaq, həm də gələcəkdə paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan olacaq.
- İlk günlərdən Olimpiadanı izləyirsiniz. Demyanenko Azərbaycan olimpiyaçıları adına 10-cu medalı təmin etdi. Ümumilikdə isə idmançılarımız 18 medal qazandı və “London-2012”dəki rekordu, demək olar ki, ikiqat artıqlaması ilə yenilədilər. Ümumiyyətlə, idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan yığması gözlənilməz və çox gözəl nəticələr göstərdi. Bəli, 18 medal qazandıq. Əvvəlki olimpiadalarla müqayisədə gümüş medalların sayı çoxalaraq, 7-yə çatdı. Ən əsası, bu Olimpiadada daha çox - 18 növdə təmsil olunduğumuz kimi, daha çox - 5 növdə də medal qazandıq. Cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvando və kayak-kanoedə də medallar əldə etdik. Bunlar Azərbaycanda idmanın inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü, nümayişidir. Taekvandoda ilk dəfə qazanılan medallardan biri “qızıl” oldu. Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır. Amma ən vacib məsələ Azərbaycanda idmanın inkişafı, idman növlərinin inkişaf coğrafiyasının genişləndirilməsidir.
Xəbər lenti
Hamısına baxAnalitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49

